Azərbaycan və anti-Şiə Siyasətlərin Davamı

Qobustanda saxlanılan AİP lideri Mövsüm Səmədovdan xəbər var

  • News Code : 862573
  • Source : İslaminSesi
Brief

Vəkil Cavad Cavadov: “Mövsüm Səmədovun saxlanma şəraitində əsaslı dəyişiklik yoxdur. O, bir daha həbsxanada ciddi su problem olduğunu vurğuladı, suyun gündə üç dəfə hər biri cəmi 50 dəqiqə - bir saat verildiyini, su ehtiyatının yığa bilmədiklərinə görə natəmiz vəziyyətin olduğunu bildirdi.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Vəkil Cavad Cavadov Qobustan Qapalı Tipli Həbsxanasında saxlanılan AİP lideri Mövsüm Səmədovla görüşüb.

Mövsüm Səmədovun hamıya salamı olduğunu qeyd edən vəkil, müvəkkilinin saxlanma şəraiti ilə bağlı mövcud problemlərin aradan qaldırılmadığını bildirib.

“Mövsüm Səmədovun saxlanma şəraitində əsaslı dəyişiklik yoxdur. O, bir daha həbsxanada ciddi su problem olduğunu vurğuladı, suyun gündə üç dəfə hər biri cəmi 50 dəqiqə - bir saat verildiyini, su ehtiyatının yığa bilmədiklərinə görə natəmiz vəziyyətin olduğunu bildirdi.”

Vəkilin sözlərinə görə, Mövsüm Səmədov onu da qeyd edib ki, Kərbəla vaqiəsi bu gündə bizim həyatımızda Qarabağ uğrunda qanlarını tökmüş şəhidlərimizin xatirəsi ilə yaşayır və bizdə azərbaycanlı olaraq işğal olunmuş torpaqlarımızı azad etmək üçün şəhidlərimizi yad etməklə həmişə diri saxlamalıyıq.

Cavad Cavadov onu da əlavə edib ki, Doktor Səmədov AİP-in sədr əvəzi Hacı İlham Əliyevin qəfil xəstələnməsini eşidib üzüldüyünü və ona Allahdan şəfa dilədiyini, tezliklə ailəsinə, dostlarının yanına dönərək və işlərini davam etməsini arzulayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky