Azərbaycan Xəbərləri

Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsi çöküb – Foto

Bakının mərkəzində yolun səki hissəsi çökdü.

Anar Nəcəfli bildirib: “Ərazidə yeni bina inşa edilir. Yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işlərinə başlanılıb. Yolun sürüşməməsi üçün divar qurulmayıb. Yağış yağdıqda isə sürüşmə qeydə alınıb”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bakının Səməd Vurğun küçəsində eni üç, uzunluğu 60 metr olan sürüşmə qeydə alınıb.

Məlumata görə, yol kənarında inşa edilən bina və yağışın yağması sürüşməyə səbəb olub. Hazırda “Pilot İnşaat-A” MMC tikinti şirkəti tərəfindən yolun bərpası işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib: “Ərazidə yeni bina inşa edilir. Yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işlərinə başlanılıb. Yolun sürüşməməsi üçün divar qurulmayıb. Yağış yağdıqda isə sürüşmə qeydə alınıb”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky