Azərbaycan hakimiyyətinin repressiyaları...

Natiq Kərimov və İnqilab Əhədovun məhkəməsi keçirilib

  • News Code : 818160
  • Source : islamazeri.az
Brief

N.Kərimovun oğulu Kamran Kərimov şahid qismində sərbəst ifadə verməkdən imtina edib.

Əhlibeyt (ə) Xəbər Agentliyi-Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə N.Kərimovun oğulu Kamran Kərimov şahid qismində sərbəst ifadə verməkdən imtina edib.
Daha sonra digər şahidlər - Gülxanım Rəsulova, Ramiz Manafov, Nigar Ağayeva, Cavanşir Hüseynova, Səbuhi Səlimov, Məmmədağa Əliyev, Əki Zeynalov və Rauf Məmmədov dindirilib. Həmin şəxslər ifadələri zamanı Nardaran Ağsaqqallar Şürası və Azərbaycan İslam Partiyası tərəfindən 50, 100 və 250 manat dəyərində yardımlar aldıqlarını söyləyiblər.
Məhkəmənin növbəti iclası martın 30-na təyin edilib.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky