Azərbaycan və Anti-Şiə Siyasətlərin Davamı

Nardaran işi 3-də köhnə işverən Balaxan Hüseynov Seyyid Elmanln üzünə durdu

  • News Code : 841028
  • Source : Rakurs TV
Brief

Vəkil, Lənkəran şəhər Digah kənd bələdiyyəsində işləyən eyni zamanda rayonda “işverən” kliçkası ilə məşhur olan 65 yaşlı Balaxan Hüseynova: "2012-2015-ci illər ərzində siz 44 cinayət işində ifadə vermisiz. Bu, necə olur?"

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, iyulun 7-də "Nardaran işi-3" üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində Şiə ruhanisi və Quran Hafizi Höccətül İslam Zülfüqar Mikayılov, Höccətül İslam Seyyid Elman Ağayev, Höccətül İslam Ramil Seyfullayev və Höccətül İslam Ruzi İsmayılov İslamçı fəallardan Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov və Cabir Əliyevin sübuta yetməyən cinayət işi üzrə məhkəmə iclası davam edib.

keçirilən qondarma məhkəmə prosesində təqsirləndirilən Zülfüqar Mikayılzadə deyib: "Laçın adlı şəxs vardı, Seyyid Fəramizi tutdurmuşdu, dəli oldu. Mən belə adamların aqibəti barədə düşünəndə qorxuram"

Ədalətsiz hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə Balaxan Hüseynov və Vaqif Bayramov şahid qismində ifadə veriblər. Hər iki şahid istintaqa verdikləri ilkin ifadəni təsdiqləyib. Balaxan Hüseynov 65 yaşı olduğunu, Lənkəran şəhər Digah kənd bələdiyyəsində işlədiyini deyib.

O, təqsirləndirilən Elman Ağayevin ona "Tale Bağırzadənin müraciəti" adlı kitab verdiyini bildirib:

"Elmanı tanıyıram. Elman Ağayev mənə kitabça verib. 1 dənə olub. Tək mənə yox, başqalarına da kitab paylayıb. Deyirdi ki, Tale hakimiyyətə gələcək"

Hakim ondan Seyyid E.Ağayevin kitabları harada payladığını soruşub. B. Hüseynov E.Ağayevin kənd meydanında çadır qurduğunu, orda çıxışlar etdiyini və kitab payladığını, onu isə həmin çadıra buraxmadıqlarını deyib. Bundan sonra təqsirləndirilənin vəkili Akif Əliyev şahidə suallar ünvanlayıb. Onlar arasında aşağıdakı şəkildə sual-cavab olub:

Vəkil: "2012-2015-ci illər ərzində siz 44 cinayət işində ifadə vermisiz. Bu, necə olur?"

Şahid: "Bunun mənim işimə heç bir dəxli yoxdur. Normal ifadəmi vermişəm"

Vəkil: "Hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirsiz? Onlarla necə əlaqə saxlayırsız?"

Şahid: "Xeyr, etmirəm. Lazım olanda özləri məni tapırlar"

Vəkil: "Elman Ağayev 2015-ci ildə həbs olunub, ondan 1 ay əvvəl isə "Bondotdel"də Moşu Paşayevin istintaqını apardığı cinayət işində ifadə vermisiniz"

B. Hüseynov bildirib ki, oxuyub-yazmağı bacarmır, "Bondotdel"də də ifadəni özü yazmayıb. A. Əliyev ondan ərizəni kimin yazdığını soruşub. Şahid "səhv etmirəmsə, Vaqif müəllim (Vaqif Bayramov) yazdı", - deyə, cavab verib.

Vəkilin suallarından sonra təqsirləndirilən Z.Mikayılzadə çıxış üçün söz istəyib. O, hakimə müraciət edib:

"Seyyid Fəramizin (2011-ci ildə həbs olunan ilahiyyatçı Fəraməz Abbasov) üzünə Əlihüseyn adlı bir nəfər durdu. Dedi ki, mənim adım iki imamın adını daşıyır - imam Əli və imam Hüseynin. Seyyid Fəramiz dedi ki, Allah səninlə bildiyi kimi eləsin. 2 ay keçmədi ki, həmin adamı icra hakimiyyətinin qabağında maşın vurdu. Laçın adlı şəxs vardı, Seyyid Fəramizi tutdurmuşdu, o da dəli oldu. Mən belə adamların aqibətini düşünəndə qorxuram, yazığım gəlir onlara".

Z.Mikayılzadənin sözlərinin ardınca E.Ağayev şahidə bir neçə sual ünvanlayıb. Lakin hakim ona təxribat xarakterli və təkrar suallar verdiyini əsas gətirərək, suallarını davam etdirməyə icazə verməyib. Şahid zaldan çıxarılıb. Bu, təqsirləndirilənlərin və zaldakıların narazılığına səbəb olub. E.Ağayev "Bu adama pul veriblər mənim üzümə durub, sabah pul verəcəklər Zeynal Ağayevin üzünə duracaq", - deyə, hakimə etirazını bildirib. Müdafiə tərəfinin vəkilləri vəsatət qaldıraraq, məhkəmə tərkibinin dəyişdiriləməsini istəyib, məhkəmə kollegiyası isə etirazı əsassız hesab edərək, təmin etməyib.

Daha sonra Vaqif Bayramov dindirilib. O, 71 yaşı olduğunu, Lənkəran şəhər icra hakimiyyətinin Digah kənd nümayəndəliyində Evlər komitəsinin sədri vəzifəsinə işlədiyini deyib. Səhhəti ilə bağlı problemləri olduğu üçün verilən suallara əyləşərək cavab verib. V. Bayramov deyib ki, kimsə ona Tale Bağırzadənin müraciəti" adlı kitab verib, kitab verən şəxsin E.Ağayev olduğunu isə istintaq idarəsində öyrənib:

"Elman Ağayevi çox istəyirəm. Lənkəran camaatının da onun haqqında fikirləri yaxşıdır. Kitabı o mənə verdi... Polis rəisi dedi ki, kitabın içində dövlət əleyhinə çıxışlar var, mən özüm oxumamışam onu. "Bandotdel"də dedilər ki, kitabı E.Ağayev verib"

Bu zaman digər təqsirləndirilən Elxan Həsənov Vaqif Bayramova müraciət edib:

"Biz səninlə qonşuyuq. Məni yaxşı tanıyırsan. Kitabı sənə mən vermişdim!"

V. Bayramov E. Həsənovla qonşu oldğunu təsdiqləsə də, kitabı onun vermədiyini deyib.

Növbəti proses iyulun 10-a təyin olunub.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky