Azərbaycan və Anti-Şiə Siyasətlərinin Davamı

"Nardaran işi 2":Polis əməkdaşının yalanı üzə çıxdı

İ. İsanın işi ilə bağlı dindirilən şahid özündən əvvəlki prosesdə iştirak edən polis əməkdaşının ifadəsinə zidd ifadə verib

  • News Code : 853123
  • Source : Rakurs TV
Brief

Polis əməkdaşı ötən prosesdəki ifadəsində İsa İbrahimovun evindəki baxışda iştirak etmədiyini bildirmişdi. Lakin bu gün ifadə verən polis bildirdi ki, həmin şəxs evə baxışda iştirak edib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə "Nardaran işi 2" üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesi şahid ifadələri ilə davam edib. İttiham tərəfin şahidləri olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən olan iki polis əməkdaşı bugünkü məhkəmədə dindiriliblər. Şahidlər ifadələrində əməliyyatın 2015-ci il tarixində baş verdiyini bildirərək, işin hallarını - odlu silahların hansı otaqdan aşkarlanıb kimin tərəfindən götürülməsi, hansı şəraitdə qablaşdırılmasını xatırlamadıqlarını bildiriblər. İbrahimov İsanın işi ilə bağlı dindirilən şahid özündən əvvəlki prosesdə iştirak edən polis əməkdaşının ifadəsinə zidd ifadə verib. Belə ki, o polis əməkdaşı ötən prosesdəki ifadəsində İsa İbrahimovun evindəki baxışda iştirak etmədiyini bildirmişdi. Lakin bu gün ifadə verən polis bildirdi ki, həmin şəxs evə baxışda iştirak edib.

İsa İbrahimov özü də bildirdi ki, həmin şəxs onun evindəki baxışda iştirak etdiyini, silahın onun evinə qoyulmasının da həmin şəxs tərəfindən həyata keçirildiyini məhkəməyə bildirib. Dindirilən digər şahid Binəqədi rayon Polis İdarəsində ekspert - kriminalist qablaşdırma prosesində özü iştirak etmədiyini məhkəməyə bildirib. Şahid Sərdar Bünyadov dindirilərkən evlərində heç bir silahın olmadığını, yalnız ibadətlə məşğul olduğunu deyib. O eyni zamanda Nahid Qəhrəmanovun onların evinə gələrkən özü ilə heç bir silah- sursat gətirmədiyini qeyd edib.

Şahid ifadələrindən sonra növbəti prosesin sentyabrın 22-də saat 14:00-da  davam edəcəyi bildirilib.

Xatırladaq ki, 2015-ci ilin noyabr 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əmıliyyat nəticəsində 2-i polis olmaqla 6 nəfər ölüb. Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. Onların bir qisminə il yarımdan 6 ilədək həbs cəzası verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. "Nardaran işi 2" üzrə məhkəmə prosesi gedən şəxslər Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və hərəkatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevdir. Hazırda "Nardaran işi 2" və "Nardaran işi 3" üzrə məhkəmə prosesləri davam edir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky