Azərbaycan və Anti-Şiə Siyasətlərinin Davamı

Namaz məhbusunun məhkəməsində qalmaqal- R. Əhmədoğlu və A. Abdulla xəsarət aldı DEVAMM-ın sədri həbs edildi

  • News Code : 818094
  • Source : ABNA – Xəbər Agentliyi Azərbaycan KİV-ə istinadla
Brief

Artıq bir neçə saatdır ki, Hacı İlqar İbrahimoğlu, Elimxan, Vasif və Eldəniz adlı digər 3 dindardan xəbər yoxdur.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şirvan Apellyasiya Məhkəməsində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Höccətül İslam Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsində yaxından iştirak etmək üçün bu şəhərə getmiş Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı Höccətül İslam Hacı İlqar İbrahimoğlu və daha 3 nəfər Şirvanda saxlanılaraq polis bölməsinə aparılıb.

Məhkəmə prosesini izləmək üçün gələnlərə qarşı zorakılıq olduğu bildirilir. Hadisə yerində olan Rövşən Əhmədliyə, jurnalist Arzu Abdullaya polis tərəfindən xəsarət yetirildiyi deyilir. Artıq bir neçə saatdır ki, polis tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılan Höccətül İslam Hacı İlqar İbrahimoğlu, Elimxan, Vasif və Eldəniz adlı digər 3 dindardan xəbər yoxdur.

Qeyd edək ki, Məhkəmənin keçirilməsi ilə əlaqədar polis əməkdaşları, Daxili Qoşunlar Şirvan Şəhər Appelyasiya məhkəsinin binası ətrafına yeridilib. Hətta şəhərə giriş də polislər tərəfindən nəzarətə götürülüb.

Hətta Sərdar Hacıhsəsənlinin vəkili də məhkəmə binasına tərəf buraxılmayıb. Bu barədə vəkil Cavad Cavadov özünün facebook profilində məlumat paylaşıb.

Xatırladaq ki, bundan öncəki Apellyasiya Məhkəməsi mart ayının 10-da Nizami Rayon Məhkəməsində baş tutmuşdur. Məhkəmə işə baxaraq növbəti baxış üçün vaxt təyin etmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky