Azərbaycan və Anti-Şiə Siyasətlərin Davamı

Namaz məhbusu Sərdar Hacıhəsənlinin Apellyasiya Məhkəməsi keçirilib

Növbəti məhkəmə sentyabrın 25-də keçiriləcək.

  • News Code : 853538
  • Source : Maide.az
Brief

Bildirək ki, İyul ayının 3-də Masallı Rayon Məhkəməsində Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin 3 il müddətinə məhkum edilməsinə dair Masallı rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinə baxılıb.

Məhkəmə baxışı bu gün (sentyabr ayının 11-də) Şirvan şəhər Apellyasiya Məhkəməsində saat 14:30-da baş tutub.

Vəkil Cavad Cavadov bildirib: “Məhkəmə zamanı bir sıra vəsatətlər verdik. Birinci instansiya məhkəməsindəki vəsatətlərimizi yenidən irəli sürdük. Lakin məhkəmə onlardan yalnız birini – Hacının dəmir qəfəsdən çıxarılaraq vəkillərin yanında əyləşməsini təmin etdi”.

Qeyd edək ki, növbəti məhkəmə prosesi sentyabr ayının 25-ə təyin edilib.

Xatırladaq ki, ruhani Sərdar Hacıhəsənli Masallı rayonunun məscidində namaz qıldığına və dini söhbətlər etdiyinə görə rayonun icra başçısı onun bardədə polisə şikayət edib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bildirək ki, İyul ayının 3-də Masallı Rayon Məhkəməsində Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky