Azərbaycan Xəbərləri

Lider Mövsüm Səmədov Myanmada baş verənlərə kəskin etiraz edib

Ən mühüm addımlardan biri də bu qətliamları törətməkdə maraqlı olan qütblərin dünyada ifşa edilməsidir.

  • News Code : 852882
  • Source : “İslamin Sesi”
Brief

Mövsüm Səmədov: “...Myanmada törədilən böyük faciələrin qurbanlarının qanını yerdə qoymaq olmaz. Haqsızlıq, ədalətsizlik İslam dinində ən çox qınanan hal kimi bu hadisələrdə də bütün 57 müsəlman ölkəsinin xalqları və xüsusən də rəhbərləri tərəfindən ciddi münasibət açıqlanmalı, həlledici, təsirli addımlar atılmalıdır...”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Vəkil Yalçın İmanov Qobustan Qapalı Tipli Həbsxanasında saxlanılan AİP lideri Mövsüm Səmədovla görüşüb.

Müvəkkilinin səhhətinin və əhval-ruhiyyəsinin yüksək olduğunu söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun Myanma hökuməti tərəfindən Arakanda müsəlmanlara qarşı həyata keçirilən qətliamlarla bağlı öz etirazını bildirdiyini söyləyib.

Doktor Mövsüm Səmədov qeyd edib ki, Myanmada baş verən qanlı, bəşəri cinayətin müsəlmanlara qarşı törədilməsinə təsadüfi hadisə kimi baxmaq olmaz. Bu cür ssenarilərin hazırlanması və icra olunması dünyada, o cümlədən Myanmada birinci hal deyil:

“Bir neçə il öncə Qərb dairələri və ABŞ tərəfindən demokratik ölkə kimi təqdim olunan Myanmada insanlığa qarşı kütləvi qətliam onu göstərir ki, müsəlmanların inkişafının və artımının qarşısını almaq üçün hər cür qəddarlığa, vəhşiliyə əl atılır. Belə hadisələrin və əməllərin arxasında sözsüz ki, İslam düşmənləri olan dairələr dayanır. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq müsəlman qövmünə qənim kəsilən siyasi sistemlər öz niyyətlərinin dalıncadılar. Hərbi xunta rejimiləri, o cümlədən demokratik don geyindirilən Myanma hakimiyyəti baş verən və bundan sonra da müsəlmanlar üzərində həyata keçiriləcək qətliamlara görə dünyanın qınağını deyil, özlərinin ən yüksək mükafatlarını-Nobel makafatını alacaq.

Etnik təmizləməyə və kütləvi soyqırıma məruz qalan Myanma müsəlmanlarının müdafiəsini BMT-dən və digər beynəlxalq təşkilatlardan gözləmək sadəlövhlükdür. Çünki sionizmin kök saldığı bu təşkilatlarda humanizm deyilən bir duyğu və düşüncə yoxdur. O ki, qaldı müsəlmanların hüquqlarının müdafiəsi ola.

Myanmada törədilən böyük faciələrin qurbanlarının qanını yerdə qoymaq olmaz. Haqsızlıq, ədalətsizlik İslam dinində ən çox qınanan hal kimi bu hadisələrdə də bütün 57 müsəlman ölkəsinin xalqları və xüsusən də rəhbərləri tərəfindən ciddi münasibət açıqlanmalı, həlledici, təsirli addımlar atılmalıdır. Ən mühüm addımlardan biri də bu qətliamları törətməkdə maraqlı olan qütblərin aşkara çıxarılması və dünyada ifşa edilməsi olmalıdır. Azərbaycan xalqının erməni daşnakları tərəfindən belə soyqırıma məruz qaldığı üçün Myanma hakimiyyətinin müsəlman əhalinin soyqırıma məruz qoymasına ölkəmizin rəsmi dairələri daha ciddi reaksiya verməli, bu cinayətkar əməli pisləməlidirlər. Myanmada qətlə yetirilənlərə Allahdan rəhmət diləyirəm.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky