İran və Azərbaycan arasında Müştərək Müdafiə Əməkdaşlıqları Komissiyası təşkil edilib

  • News Code : 862413
  • Source : Sahar TV
Brief

İran və Azərbaycan arasında ilk Müştərək Müdafiə Əməkdaşlıqları Komissiyası çərşənbə axşamı Bakıda təşkil edilib.

İRİB-nin verdiyi məlumata görə, İran və Azərbaycan arasında müştərək müdafiə əməkdaşlıqları komissiyasının təşkil edilməsində məqsəd hərbi-müdafiə əməkdaşlıqlarının artırılması və möhkəmləndirilməsi elan edilib.

İran silahlı qüvvələrinin yüksək səviyyəli heyəti müştərək müdafiə əməkdaşlıqları komissiyasının iclasında iştirak etmək məqsədi ilə Bakıya səfər edib. Bu iclasın ardınca Azərbaycanın müdafiə naziri Zakir Həsənov ilə görüş zamanı iki ölkə arasında müştərək müdafiə əməkdaşlıqları komissiyasının yaradılması və hərbi-müdafiə əməkdaşlıqlarının  yol xəritəsinin hazırlanmasının iki ölkə əlaqələrinin möhkəmlənməsində önəmli rol oynayacağına təkid edilib.

İran silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndə heyəti həmçinin deyib: İran öz xarici siyasəti və müdafiə diplomatiyasında qonşu ölkələr ilə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verir və bu arada Azərbaycan Respblikası ilə əməkdaşlıqlara xüsusi önəm verilir.
...............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky