Azərbaycan və Anti-İslam Siyasətlərin Davamı

Höccətül İslam Seyyid Elman Ağazadənin bu günki məhkəmədəki son sözü

  • News Code : 866681
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Seyyid Elman Ağazadə məhkəmə hakiminə səslənərkən: “Dünya elədir ki, hər şey dəyişə bilər. İndi biz oturduğumuz yerdə neçə prokurorlar, nazirlər oturub. Vaxt gələr, təyinatlı hakimlər də oturar. Təsəvvür edin, Hacı Zülfüqar sizin əyləşdiyiniz yerdə oturub, siz isə bizim indi olduğumuz yerdəsiz. Bunu gözünüzün önünə gətirin."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bakı Ağır Cinayətər məhkəməsində qondarma Nardaran işi üzrə məhkəmə prosesi davam etdirilib. Bu günkü məhkəmədə İlahiyyatçı-Alim Seyyid Elman Ağazadə son sözünü deyib:

"Ortada polislərin və onlarla əməkdaşlıq edib, hal şahidi kimi qələmə verilənlərin saxta, yalan ifadələrindən başqa heç nə yoxdur. Mənim nə üstümdə, nə də evimdə silah olub. Belə təqdim edirlər ki, guya məndə silah-sursat olması haqda hələ noyabrın 26-dan «bandotdel»ə əməliyyat məlumatı daxil olub. Məni həbs eləmək üçün evimə gələn «bandotdel»in əməliyyatçısı Elman Bayramov ifadəsində də belə deyir. Həmin Bayramova burada sual verdik ki, bəs niyə noyabrın 29-da əməliyyat-axtarış tədbiri keçirəndə əlinizdə nə məhkəmənin, nə də müstəntiqin qərarı yox idi? Dedi ki, təxirəsalınmaz tədbir olduğuna görə qərarı ala bilməyiblər. Axı o biri tərəfdən də yazırsız ki, ayın 26-dan məlumat vardı, bəs niyə üç gündə qərar alınmayıb? Çünki hamısı başdan-ayağa yalandır.

Əməliyyatçı Elman Bayramovun da, özlərinin adamları olan hal şahidlərinin ifadələrində də var ki, guya mənim evimdən «Hacı Taleh Bağırzadənin müraciəti» adlı kitabçalar çıxıb. İfadələrində də yazıblar ki, kitabçaları özləri görüblər. Məhkəmədə hamısından soruşduq ki, kitabçada nə yazılmışdı? Cavab verə bilmədilər. Bəs bu adamlar necə görüblər o kitabçaları? Bakıxan adlı hal şahidi özü də təsdiqlədi ki, polisin adamıdır. Burada ona deyəndə ki, 40-a yaxın işdə onun adı keçir, dedi ki, «40 nədir, minlərlə işdə polislə əməkdaşlıq edib». Bu, onun işidir.

Məlum oldu ki, əsas səbəb Hacı Taleh Lənkərana gələndə onunla görüşməyim, xütbədə «Allahu Əkbər» şüarı səsləndirməyimizdir. Halbuki, bütün dini mərasimlərdə bu səslənir. Hesab edirəm ki, həbsimin səbəblərindən biri də Lənkəranda Aşura mərasimlərinin keçirilməsi ilə bağlıdır. Hakimiyyət orqanlarını qorxuya salan əsas amillərdən biri bu olub. «Bandotdel»də mənə işgəncə veriləndə, əsasən, bu haqda suallar verib deyirdilər ki, Lənkəranda təşkilatçılıq eləyirsən, tərəfdarlar toplayırsan.

İllərlə adamların başına oyunlar açan, evlər yıxan Akif Çovdarova 15 il iş istəmişdilər. Bizə də heç bir günahımız olmadığı halda, 15-16 il cəza istənilir. Ortada da yalan ifadələrdən başqa heç nə yoxdur. Siz hakim kimi and içmisiniz,tərəf olmamalı, ədalətli qərar çıxarmalısınız. Dünya elədir ki, hər şey dəyişə bilər. İndi biz oturduğumuz yerdə neçə prokurorlar, nazirlər oturub. Vaxt gələr, təyinatlı hakimlər də oturar. Təsəvvür edin, Hacı Zülfüqar sizin əyləşdiyiniz yerdə oturub, siz isə bizim indi olduğumuz yerdəsiz. Bunu gözünüzün önünə gətirin."

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky