Azərbaycan və Anti-Şiə Siyasətləri

Elçin Qasımov: ''İşgəncə verdilər ki, deyək, silahı bizə Taleh Bağırzadə verib''

  • News Code : 835346
  • Source : Meydan TV
Brief

''Pərviz İbayev dedi ki, silahı boynuna götürməsən, atanı da tutacağıq''

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İyunun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşı Qurban Bəylərov şahid qismində dindirilib. O, Elçin Qasımovun mənzilində axtarış apardıqlarını, qonaq otağından dini ədəbiyyat, yataq otağından isə tapança və qumbara aşkar edildiyini deyib.

E.Qasımov isə bildirib ki, onda silah olmayıb:

"İfadəmdə demişəm, hamı da bilir ki, silah mənim deyil. 2015-ci il noyabrın 5-də mən inzibati qaydada həbs edilmişəm. Dekabrın 3-də isə barəmdə həbs-qətimkan seçilib. Həbsdə olanda ANS-də eşitdim ki, evimizdə axtarış aparılıb və kitablar tapılıb. Həmin kitablarla bağlı ekspert rəyi var və onlar qadağan olunmuş kitablar deyil.  Güya uşaqlarım yatan çarpayının altında silah olub. Bu, nə dərəcədə düzgündür? Elə şey olsa, uşaqların yanına niyə qoyurdum? "Bandotdel"də istintaq qrupunun rəhbəri Pərviz İbayev, müstəntiq Emzar Qocayev və vəkil Elnur Nəbiyev silahla bağlı bizə çox əziyyət etdilər. İşgəncə verdilər ki, deyək silahı bizə Taleh Bağırzadə verib və biz hakimiyyət çevrilişi etmək istəmişik. Lakin biz bundan imtina etdik. Emzar Qocayev mənim yanımda zəng etdi kiməsə, soruşdu ki, silahı hardan tapıblar. Həmin adam da dedi ki, uşaqların çarpayısının altından. Emzar Qocayev ağladı. Dedi: „Mən bunu necə yazım“. Pərviz İbayev dedi ki, əgər boynuna götürməsən, atanı tutacağıq. Görürsən ki, neçə nəfər atası ilə birlikdə həbs edilib. Başqa cür mümkün deyil. Emzar Qocayev dedi: "Mənim də ailəm, uşaqlarım var. Məni başa düş. Əgər belə etməsək, işdən çıxardarlar. Mən sənə qardaş kimi deyirəm". Dedilər yaz ki, zibillikdən tapmısan və polisə təqdim etməyə vaxt olmayıb. Mən də bu formada yazdım".

Bu zaman E.Qasımovun zalda əyləşən atası hakimlərə deyib ki polislər evdə axtarış aparmağa gələndə o evdə olub:

"Gələn kimi çıxdılar ikinci mərtəbəyə. Orada Elçin Qasımovun yataq otağına girib gözümün qabağında silahı qoyub götürdülər".

Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşları - Elman Abdullayev, İlkin İbrahimov və digərləri ifadə  veriblər.

Proses iyunun 16-da davam edəcək.

2015-ci il noyabrın 26-də Bakının Nardaran qəsəbəsində polis əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat zamanı "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadə, Abbas Hüseyn və digərləri həbs edilib. Noyabrın 5-də isə T. Bağırzadənin müavini Elçin Qasımov inzibati qaydada həbs edilib. Dekabr ayında isə ona bir sıra maddələrlə ittiham elan edilib və barəsində həbs qərarı çıxarılıb.

T.Bağırzadə 20 il müddətnə azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir. T. Bağırzadə hakimiyyət əleyhinə çıxışları ilə tanınıb və buna görə həbs edildiyini bildirir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky