İslam İnqilabının İldönümü Münasibətilə

Doktor Mövsüm Səmədov həbsxanadan məktub yazıb

Doktor Mövsüm Səmədov həbsxanadan məktub yazıb

“İran İslam İnqilabının 39-cü il dönümü münasibəti ilə ilk növbədə şanlı inqilabın əziz rəhbəri Həzrəti Seyid Əli Xamenei cənablarını, vilayətpərvər İran xalqını, bütün Əhli-Beyt (ə) və haqq aşiqlərini təbrik edirəm.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam İnqilabının ildönümü münasibətilə Azərbaycan İslam Partiyasının Lideri Doktor Mövsüm Səmədov Qobustan qapalı təcridxanasından məktub yazıb.

Təbrik məktubunda deyilir:

"Bu gün heç bir zamanda olmadığı kimi həm haqq və ədalət və həm də onun müqabilində duranlar artıq demək olar ki, bütün dünyaya bəllidir.

İran İslam İnqilabının 39-cü il dönümü münasibəti ilə ilk növbədə şanlı inqilabın əziz rəhbəri Həzrəti Seyid Əli Xamenei cənablarını, vilayətpərvər İran xalqını, bütün Əhli-Beyt (ə) və haqq aşiqlərini təbrik edirəm.

Hərçənd, bu İlahi fenomen və nurun yayılması məhdud bir ərazidə baş versə də, az bir müddətdə sərhədlərdən çox-çox uzaqlara yayıldı. Məzlum və müstəzəf insanlar və xüsusilə də müsəlmanlar bu İnqilabın həyatbəxş təsiri ilə çaşqınlıq və azğınlıqdan çıxaraq öz hürriyyətlərinə qovuşdular və dünya müstəkbirlərinin qabağında keçilməz bir səddə çevrildilər. Yaxın Şərq məntəqəsinin müxtəlif milliyyətçi, irqçi və məzhəbi keşməkeşlərinə salaraq əsirlər boyu onların maddi və mənəvi sərvətlərini qarət və talan edən “bəşər hüquqları keşikçiləri”nin həqiqi siması aşkar oldu.

Bu gün heç bir zamanda olmadığı kimi həm haqq və ədalət və həm də onun müqabilində duranlar artıq demək olar ki, bütün dünyaya bəllidir. “

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky