Azərbaycan və Anti-Şiə Siyasətlərinin Davamı

Dəyərli mübariz Şiə Ruhanisi Abgül Süleymanovun "kars" müddəti artırılıb

Mübariz Şiə Ruhanisi Hacı Abgül Süleymanov dünən cəza kamerasından çıxarılmayıb

  • News Code : 817377
  • Source : İslamAzeri
Brief

Dünən axşam saatlarında ruhani cəza kamerasından azad edilməli olsada sonradan cəzanın bir aya qədər artırıldığı məlum olub.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 11 saylı Cəza Çəkmə Müəssisəsində ŞƏRLƏNƏRƏK həbsdə olan Şiə Ruhanisi Hacı Abgül Süleymanov 6 mart saat 18 radələrində cərimə kamerasına salınmışdı. Cəza müddəti 5 gün olsada Şiə Ruhanisinin cəzası dünən artırılıb.

Bu haqda İslamazeri.az-a Abgül Süleymanovun yaxınları məlumat verib.

Məlumata görə, dünən axşam saatlarında ruhani cəza kamerasından azad edilməli olsada sonradan cəzanın bir aya qədər artırıldığı məlum olub.

Qeyd edək ki, Şiə Ruhaninsinin cəza kamerasına salınmasının səbəbi  Şeyx Sərdar Hacıhəsənli ilə bağlı yaydığı bəyanat və bəyanatın KİV-də əks səda doğurması olub.

Xatırladaq ki, ruhaninin abgulsuleymanov.com saytı vasitəsilə zindandan yaydığı bəyanatda deyilirdi: "Biz də Şeyx Sərdarın günahsız yerə həbs edilməsinə çox narahat olduq. Mən həmişə şeyx Sərdarı özümə böyük qardaş bilmişəm. Əgər namaza görə kimisə həbs edirlərsə, bu bir növ Allah ilə düşmənçilik eləməkdir. Əgər bu gün şeyx Sərdarı namaza görə həbs edirlərsə, demək ki, hər bir inanclı şəxsin Allaha ibadət etdiyinə görə həbs edilmə ehtimalı vardır. Müsəlman ölkəsində belə bir hadisənin baş verməsi çox acınacaqlıdır. Şeyx Sərdara 7-dən 70-ə hamı bacardığı şəkildə öz dəstəyini bildirməlidir."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky