Köşə Yazısı

Çarəsiz Atanın göz yaşları...

Hacı Zülfüqar qabağa gələrək səbrli olun mənim Qardaşlarım Ana Bacılarım. Allah bizimlədi.

Çarəsiz Atanın göz yaşları...

Bu an Seyyid Elman uca səslə Heyhat minnəz zillə Heyhat minnəz zillə deyirdi. Seyyid bu sözü bəlkə 10 dəfə təkrar etdi. Allahu Əkbər Seyyidin gözündə elə bil alov görsənirdi.

Məhkəmə binasına yaxınlaşanda qapının ətrafında çoxlu polislərin olduğunu görəndə anladım ki, bu gün mütləq hökm oxunacaq. Polislər məhkəməyə gələnlərə yalnız məhkumların ailə üzvüləri 2 nəfərdən artıq adamın məhkəmə zalına buraxılmayacağını bildirdilər.

Hamı həyəcən içərisində idi. Görəsən necə olacaq? Bəlkə məhkəmə ədalətli qərar verəcək. Qapıda dayanan bir bir məhkumların adını çəkərək yalnız 2 nəfərin içəri daxil olmasını bildirdi.

Bu an mən Mübariz İbrahimov tərəfdən gəlmişəm dedim. Çünki Mübariz tərəfdən gələnləri görmədim, bu an yanımda dayanan ağsaqqal oğlum mənnən keçərsən içəri mən mübarizin atasıyam dedi, ağsaqqal ilə görüşüb ürək dirək verdim. Hər şey yaxşı olacaq dedim.

Mübarizin məhkəmədə son sözündə dediyi mən balamı 2016-cı ilin fevralınnan görmürəm ifadəsini atasına deyəndə atası sevinərək gətirdim ailəsi ilə görüşdü Mübariz dedi. Çox sevindim bu sözünə ki, şükürlər olsun balasını gördü Mübariz.

İçəri daxil olduq Mübarizin atasıda mənim yanımda əyləşmişdi. Məhkəmə başlamadan öncə Seyyid Elman gözəl xütbə söylədi sonda bildirdi ki, Analar, Bacılar, Atalar, Qardaşlar ağlamayın. Allah bizimlədi səbrli olun. Sonra Hacı Zülfüqar xütbə söylədi, təzəcə başlamışdı danışmağa hakim zala daxil oldu. Məhkəmə başladı.

Hakim çox yavaş danışırdi eşitmək olmurdu zalda hamı bir neçə dəfə hakimə biraz ucadan danış eşitmək olmur deyəndə hakim yenə də sakit danışırdı, səbrimiz çatmadı ayağa qalxıb qabağa getdik ki, hakimin səsini verəcəyi hökmü eşidək, Mübarizin atası da mənim yanımda qabağda dayanıb hökmü gòzləyirdi.

Namaz vaxtı idi, birdən arxadan azan səsi gəldi kiminsə telefonunnan. Nəzarətçilər arxaya gedərək azan səsini kəsmək istədi, lakin mümkün olmadı. Azanın səsini kim kəsə bilərdi ki?

Azan sona qədər verildi. Azan verilə verilə namaz vaxtı hakim hökm oxuyurdu. Hacı Zülfüqara 17 il Seyyid Elmana 13 il və hökmü davam edirdi.

Birdən Mübarizin atası mənə dedi: Oğlum Mübarizə nə qədər hökm oxudu? Ddeyə bilmədim ki, Mübarizə13 il höhm oxudu, axı bu xəbəri necə deyərdim ataya? Ürəyim gəlmədi deyim.

Hakim hökmü oxuyub gedərkən zalda hamı hakimə Allah sənə lənət eləsin deyirdi. Mübarizin atası Mübarizi səslədi.

Mübariz atasına baxanda atası nə qədər verdilər sənə deyəndə Mübariz 13 il dedi, ata qəhərlənərək ciddi rejimlidə olacaqsan dedi? Mübariz başını tərpədərək hə dedi.

Birdə gördüm Mübarizin atası oturub sakit sakit necə ağlayır, adamın ürəyi parçalanırdi. Atasının kürəyinə əlimi qoyub ağlama əmi Allah böyükdür haqq yerini tapacaq deyərək atanı sakitləşdirməyə çalışırdım. Ata isə bala dərdinnən çarəsiz halda elə hey ağlayırdı.

Bu an Seyyid Elman uca səslə Heyhat minnəz zillə Heyhat minnəz zillə deyirdi. Seyyid bu sözü bəlkə 10 dəfə təkrar etdi. Allahu Əkbər Seyyidin gözündə elə bil alov görsənirdi.

Hacı Zülfüqar qabağa gələrək səbrli olun mənim Qardaşlarım Ana Bacılarım. Allah bizimlədi.

Bu an Hacıya baxaraq gòzlərim yaşara yaşara Hacı bizi bağışlayın biz sizi qoruya bilmədik, haqqınızı halal edin dedim.

Hacı Zülfüqar isə gülümsəyərək dua edin dua edin dua edin dedi.

Ya İmam Zaman Ağa bu Ataların göz yaşına boynu bükük çarəsiz Ana-Bacıların göz yaşına körpələrin ata həsrətinə zühur elə, Allahım bu ədalətsizliyə özün son qoy.

Ya Zülcəlali Vəl İkram.

 

Natik Xaşimov

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky