Əxlaqsızlığın Son Həddi

Bakıda içkili qadın rəfiqəsini balta ilə doğrayıb zibilliyə atdı – Təfərrüat

Dəhşətli qətl hadisəsini törədən İrina Qorlova ilə Lyubov Rəhimova rəfiqə olublar.

Bakıda içkili qadın rəfiqəsini balta ilə doğrayıb zibilliyə atdı – Təfərrüat

Fevralın 12-də Suraxanı rayonu Bülbülə qəsəbəsində hadisənin baş verdiyi ev əvvəllər məhkum olunmuş 50 yaşlı İrinaya məxsusdur və rəfiqəsi bir müddət imiş ki, onunla birgə yaşayırmış. Onlar vaxtaşırı içki məclisləri təşkil edirmiş və belə məclislərin birində rəfiqələr arasında dava düşüb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fevralın 16-da saat 9:00 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb. Binəqədi rayonu Azadlıq prospekti 28 ünvanının qarşısındakı zibil qutusunda bədən hissələri tapılan 58 yaşlı Lyubov Rəhimovaya aid olduğu aşkarlanıb.

Dəhşətli qətl hadisəsini törədən İrina Qorlova ilə Lyubov Rəhimova rəfiqə olublar. Fevralın 12-də Suraxanı rayonu Bülbülə qəsəbəsində hadisənin baş verdiyi ev əvvəllər məhkum olunmuş 50 yaşlı İrinaya məxsusdur və rəfiqəsi bir müddət imiş ki, onunla birgə yaşayırmış. Onlar vaxtaşırı içki məclisləri təşkil edirmiş və belə məclislərin birində rəfiqələr arasında dava düşüb.

Lyubovun onu söyməsindən əsəbiləşən İrina qab ilə onun başına zərbə endirib. Rəfiqəsinin öldüyünü görən qadın onun meyitini balta ilə doğrayaraq torbaya yığıb və taksi çağırıb. O, taksi ilə öldürdüyü rəfiqəsinin meyitinin hissələrini Binəqədi rayonu Azadlıq prospektinə gətirərək buradakı zibil qutusuna atıb.

Polis tərəfindən saxlanılan İrina Qorlova meyitin hissələrini niyə Bülbülədən Azadlıq prospektinə gətirdiyini izah etməkdə çətinlik çəkib və paytaxtda tək bu ərazidəki zibilliyi tanıdığını deyib. Lakin sonradan məlum olub ki, Lyubov Rəhimova əvvəllər xeyli vaxt bu ərazidə yaşayıb və İrina izi itirmək üçün onun meyitini hissələri bölərək buraya gətirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky