Azərbaycan və Anti-Şiə Siyasətlərin Davamı

Bakı rejimi Nardaran mәhbuslarına hökm oxundu - 154 il

Bakı rejimi Nardaran mәhbuslarına hökm oxundu - 154 il

ŞƏRLƏNDİRİLƏN şəxslər Elçin Qasımov 15 il, Ağa-Əli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Seyfəddin Şirvanov 12 il 6 ay, Fərhad Muradov 12 il 6 ay, Elgün Axundov 12 il 6 ay, Vüsal Alış 12 il 6 ay, İsa İbrahimov 12 il 6 ay, Ramil Əliyev 12 il 3 ay, Seymur Aslanov 12 il 3 ay, Əli Şahbazov 12 il 3 ay, Əmirli Əliyev 12 il 3 ay həbsə salınıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 2017-ci il, dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ədalətsiz hakim Mayıl Bayramovun sədrliyi ilə "Nardaran işi 2" üzrə Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və hərəkatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qondarma məhkəmənin hökmü ilə ŞƏRLƏNDİRİLƏN şəxslər Elçin Qasımov 15 il, Ağa-Əli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Seyfəddin Şirvanov 12 il 6 ay, Fərhad Muradov 12 il 6 ay, Elgün Axundov 12 il 6 ay, Vüsal Alış 12 il 6 ay, İsa İbrahimov 12 il 6 ay, Ramil Əliyev 12 il 3 ay, Seymur Aslanov 12 il 3 ay, Əli Şahbazov 12 il 3 ay, Əmirli Əliyev 12 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, 2015-ci ilin noyabr 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 2-si polis olmaqla 6 nəfər ölüb. Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Dekabrın 16-da prokuror çıxışında Elçin Qasimovun 16 il, Ağa Əli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il, Əmirəli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky