Azərbaycan və Anti-Şiə Siyasətlərin Davamı

Bakı rejimi AİP lideri Mövsüm Səmədovla bağlı qərarı qüvvədə saxladı

  • News Code : 871270
  • Source : İslamin Sesi
Brief

Məhkəmə prossesində AİP lideri Mövsüm Səmədovun iştirakı ilə bağlı edilən müraciəti və vəkili Cavad Cavadov tərəfindən verilən vəsatət təmin

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu gün Bakı Ali Məhkəməsində AİP lideri Mövsüm Səmədovun şikayətinə baxılıb.

Məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutub. Məhkəmə prossesində AİP lideri Mövsüm Səmədovun iştirakı ilə bağlı edilən müraciəti və vəkili Cavad Cavadov tərəfindən verilən vəsatət təmin edilməyib. Məhkəmə Mövsüm Səmədovun iştirakı olmadan davam etdirilib.

Halbuki keçən dəfə məhkəmə məhz Mövsüm Səmədovun və vəkilinin iştirakının zəruriliyinə görə təxirə salınmışdır.

Bundan sonra vəkil Cavad Cavadov Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərarın ləğv edilməsi ilə bağlı vəsatətlə çıxış edərək Mövsüm Səmədovla bağlı verilən qərarın heç bir əsası olmadığını söylədi.

Məhkəmə kollegiyası bu vəsatəti təmin etmədi.

Qeyd edək ki, Bakı şəhər Qaradağ Məhkəməsinin qərarı ilə 14 iyun 2017-ci ildə Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov barəsində 3 il müddətinə Qapalı Tipli Həbsxana rejiminə keçirilib. Həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlamışdır.

Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır. AİP lideri Beynəlxalq Təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky