Azərbaycan Xəbərləri

Azərbaycan İslamçı Məhbusların Müdafiə Komitəsinin növbəti tədbiri keçirilib

Azərbaycan İslamçı Məhbusların Müdafiə Komitəsinin növbəti tədbiri keçirilib

Mehbarə Səmədova: “Bu gün təzyiq altında olmalarına baxmayaraq inanclı məhbuslar öz haqq səslərini ucaldırlar. Azərbaycan xalqında bir növ dirçəliş baş versə də, bu öz etiraz səsini ucaltmaq və haqqını tələb etmək üçün kifayət deyil. Müsəlman Azərbaycan xalqı İmam Hüseyn (ə) yolunun yolçusudur, şücaət və qeyrət nümunəsidir. Odur ki, belə bir millət cəmiyyətdə öz haqqları uğrunda mübarizə aparmalıdır”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, tədbirdə ölkənin ziyalıları, ruhani alimləri, partiya və təşkilat rəhbərləri, məhbus ailələri və media mənsubları iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan İslamçı Məhbusların Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev öncə təşrif buyuran qonaqları salamlayıb . İslamçı Məhbusların Müdafiə Komitəsi olaraq belə tədbirləri-tez-tez keçirdiklərinə, bu sahədə problemlərin daha da artdığına diqqət çəkib. Həbsdə olan inanclıların vəziyyətinin qənaətbəxş olmadığılnı dilə gətirib. Eldəniz Quliyev bildirib ki, qanuni yollarla həbsdə olan inanclılarla görüşməyə çalışsa da, buna imkan vermirlər. Hətta inanclılara müxtəlif ərzaq və digər zəruri vasitələrin çatdırılmasına da problemlər yaradırlar. Ona görə də, komitə kimi hansı zəruri addımları atmalı olduğumuzu düşünməli və fikir mübadiləsi aparmalıyıq.

Dəyirmi masada söz alan AİP funksioneri Elmar Səmədov çıxışında müxtəlif məqamlara toxunub. O, bildirib ki, bu gün həbsdə olan ruhanilərə terrorçu damğası vurmaq üçün əllərindən gələni edirlər. Odur ki, belə davam edəcəyi təqdirdə inanclı siyasi məhbusların sayı hər il daha da artacaq. Ona görə də, bu məsələyə xüsusi diqqət göstərilməlidir.

Tədbirdə çıxış edən AİP lideri Hacı Mövsüm Səmədovun xanımı Mehparə Səmədova bildirib ki, Azərbaycandan təqribən 12-17 min insanın Ərbəin yürüşündə iştirak etməsindən hər kəs yazır və danışır. Belə əzəmətli yürüş keçirən xalqın öz ölkəsində onlarla ruhani aliminin məhbəs həyatı yaşaması isə utancvericidir: “Bu gün təzyiq altında olmalarına baxmayaraq inanclı məhbuslar öz haqq səslərini ucaldırlar. Azərbaycan xalqında bir növ dirçəliş baş versə də, bu öz etiraz səsini ucaltmaq və haqqını tələb etmək üçün kifayət deyil. Müsəlman Azərbaycan xalqı İmam Hüseyn (ə) yolunun yolçusudur, şücaət və qeyrət nümunəsidir. Odur ki, belə bir millət cəmiyyətdə öz haqqları uğrunda mübarizə aparmalıdır”.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli isə ölkə konstitusiyasının sadəcə kağız üzərində olduğunu bildirib. Qeyd edib ki, konstitusiya qanun olsa idi, ölkədə bu qədər haqsızlığa yol verilməzdi. Formal konstitusiya olduğu təqdirdə həbslər davam edəcək və heç kim də bu həbslərdən sığortalanmayacaq.

Tədbirdə söz alan digər qonaqlar da mövzu ətrafında öz fikirlərini səsləndiriblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky