Azərbaycan Xəbərləri

Azərbaycan İslam Partiyasına ağır itki üz verib

Azərbaycan İslam Partiyasına ağır itki üz verib

Əli Zeynalov 1950 ci ildə Tərtər rayonunun Qaraqoyunlu qəsəbəsində anadan olub. Ali təhsilli iqtisadçı olsa da ömrünün çox hissəsini ictimai-siyasi işlərə həsr etmişdir. Fəal həyat mövqeyi onu yaşadığı rayonun və ölkənin geniş ictimayətinə tanıtmışdır...

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Partiyanın Tərtər Rayon Komitəsinin sədri Əli Zeynalov uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib.

Əli Zeynalov 1950 ci ildə Tərtər rayonunun Qaraqoyunlu qəsəbəsində anadan olub. Ali təhsilli iqtisadçı olsa da ömrünün çox hissəsini ictimai-siyasi işlərə həsr etmişdir. Fəal həyat mövqeyi onu yaşadığı rayonun və ölkənin geniş ictimayətinə tanıtmışdır. Mehriban, səmimi və ünsiyyətcil xarakterə malik insan kimi Əli Zeynalov cəmiyyətin bütün təbəqələri tərəfindən hörmət və izzətlə qarşılanırdı. Vətənpərvər, torpağına, elinə və xalqına bağlı Ə.Zeynalov Tərtərin yağı düşməndən qorunmasında dəfələrlə ölümün üzərinə getmiş, istər vaxtilə könüllü döyüşçüləri, istərsə də hazırkı dövrdə Silahlı Qüvvələrin əsgərlərini erməni qəsbkarları ilə döyüşə ruhlandırmaqla, onlarda işğalçılara qarşı nifrət hissi yaradırdı.

Əli Zeynalov siyasi fəaliyyətə Azərbaycan İslam Partiyasında başlayıb. O, partiya sıralarında 20 ildən artıq fəaliyyət göstərib. Ə.Zeynalov qurumun Tərtər Rayon Komitəsinin sədri vəzifəsini daşıdığı uzun illər ərzində ətrafına əqidəli, mənəvi sağlam insanları toplamağı bacarmış, siyasi mübarizə yolunda uğurlu addımlar atmışdır. O, yaşadığı bölgənin ictimai-siyasi həyatında, cəmiyyətin şüurunda təsiedici gücə malik fikir və düşüncə sahibi olmağa çalışmış, bu istiqamətdəki fəaliyyətində, bütün sahələrdə ədalətin qorunması və bərpa olunmasında cəsarətli addımlar atmışdır.

Əli Zeynalov qayğıkeş ailə başçısı, gözəl dost, dönüşü olmayan əqidə sahibi idi. Mənsub olduğu, qəlbən bağlandığı Azərbaycan İslam Partiyasının, qurumun rayon komitələrinin hakimiyyət tərəfindən təqib və təhdid olunmasına baxmayaraq Əli Zeynalov tutduğu düzgün yoldan dönməmiş, İslamçılıq əqidəsinə daim-ömrünün sonuna kimi sadiq qalmışdır.

Əli Zeynalovun əziz xatirəsi onu sevənlərin, əqidə dostlarının, partiya mənsublarının, yaxınlarının qəlbindən heç zaman silinməyəcək, həmişə yaddaşlarda yaşayacaq, ruhuna dualar oxunacaq.

Azərbaycan İslam Partiyasının rəhbərliyi AİP Tərtər Rayon Komitəsinin sədri, siyasi xadim Əli Zeynalovun vəfatı münasibətilə kədərləndiyini bildirir, Allahdan ona rəhmət diləyir, ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

Allah rəhmət eləsin!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky