Azərbaycan Xəbərləri

Aşuranı qadağan edən Elmar Vəliyev cəzasına çatdı, Y. Səfərova ağır işgəncələr verilir! Nə səbəbə? – Foto

Vəliyevə qarşı qəsdin istintaqı Azərbaycan prezidenti İlham Əliyevin şəxsi nəzarətindədir.

Aşuranı qadağan edən Elmar Vəliyev cəzasına çatdı, Y. Səfərova ağır işgəncələr verilir! Nə səbəbə? – Foto

Əgər hadisəni törətmiş şəxs cinayəti gizlətmirsə, hər şey gün kimi aydındırsa, icra başçısını gülləlıdiyini və nə üçün bunu etdiyini danışırsa, özünü polisə heç bir zorakılıq göstəmədən təslim edirsə, polis idarəsində adamı adamı vəhşicəsinə döyüb al-qana qərq etmək qanuna uyğundurmu?!

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, öz anti-Şiəçiliyi ilə seçilən Azərbaycanın Gəncə şəhərinin başçısı Elmar Vəliyev cəzasına çatdırılıb.

Məlumata görə, hadisə dünən – iyulun 3-ü axşam saat 20:30 radələrində Gəncə şəhər univermağının qarşısında baş verib. Belə ki, Rusiya vətəndaşı olan Yunis Səfərov Elmar Vəliyevin cangüdəni Qasım Aşbazova yaxınlaşaraq onun tapancasını əlindən alıb elə oradaca mühafizəçini güllələyərək sonra icra başçısına üç dəfə atəş açıb.

Hadisəni törədən Yunis Səfərov hadisə yerindən qaçmayaraq özünü polisə təhvil verib. O, öz qurbanlarının baş nahiyəsini hədəf seçib. İlkin məlumata görə, hər iki zərərçəkmiş başından vurulub. Cangüdən Qasım Aşbazovun yerindəcə keçindiyi deyilir. Elmar Vəliyevin isə, helekopterlə Bakıya aparılarkən öldüyü bildirilir. Amma dövlət rəsmilərinin verdikləri açıqlamada Elmar Vəliyevin sağ qaldığı və yaxın günlərdə işbaşına qayıdacağı deyilir.

Lakin əsas sual isə, bundan ibarətdir: Əgər Elmar Vəliyev sağdırsa nə səbəbdən onun görüntüsü və yaxud audio səsi efirdə yayımlanmır?!

Faktla bağlı 1983-cü il təvəllüdlü Rusiya vətəndaşı Yunis Səfərov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.3 və 120.2.7 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi açılılaraq, istintaq hərəkətləri həyata keçirilməsi iddia edilsə də, lakin hazırda Bakı polis bölməsində Yunis Səfərov qəddarcasına ağır işgəncələrə məruz qalır...

Məlumata görə, Vəliyevə qarşı qəsdin istintaqı Azərbaycan prezidenti İlham Əliyevin şəxsi nəzarətindədir. Bu barədə Baş Prokurorluq, DİN və DTX-nın birgə məlumatında deyilir. Hadisə ilə bağlı prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Yunis Səfərova qarşı qəddarcasına verilən işgəncələr Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşları tərəfindən həyata keçirilir.

Maraqlı Sual

Əgər hadisəni törətmiş şəxs cinayəti gizlətmirsə, hər şey gün kimi aydındırsa, icra başçısını gülləlıdiyini və nə üçün bunu etdiyini danışırsa, özünü polisə heç bir zorakılıq göstəmədən təslim edirsə, polis idarəsində adamı adamı vəhşicəsinə döyüb al-qana qərq etmək qanuna uyğundurmu?!

 

Xalq Yunis Səfərovu Milli Qəhrəman Seçdi

Dünən gecə yarılarından etibarən sosial şəbəkələrdə Yunis Səfərov xalq qəhrəmanı kimi tanıtdırılır...

#Yunis_Səfərova_Azadlıq!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky