Kəramət Günlərində

AİP Qadınlar Şurası İmam Rza(ə)-ın mövludu ilə bağlı bayram tədbiri keçirib – Foto

  • News Code : 846279
  • Source : İslamin Səsi
Arzu Abdulla: “Bu gün zindanlarımız həmin insanlarla doludur. Belə aydınlardan həmd olsun ki, məhrum deyilik. Onların bu gün zindanlarda etdiyini insanlar azadlıqda edə bilmirlər. Bu cür insanlar var olduqca Əhli Beyt də yaşayacaq.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün AİP Qadınlar Şurası və Əsgər Analarına Dəstək cəmiyyəti İmam Rza (ə)-ın mövludu münasibəti ilə tədbir keçirib.

Tədbiri ilk sözlə AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova açıb. Daha sonra Zəngilan rayonun Baharlı kəndində doğulmuş general Məhəmməd Əsədovun xanımı Məleykə Əsədova, Rüqəyya Mədəniyət Mərkəzinin rəhbəri Aybəniz Cəfərova və jurnalist Arzu Abdullaya verilib. Arzu Abdulla çıxışında bildirib ki, bizim bu gün də Zeynəblərimiz var. Ümidsiz olmayaq ki, bizim İmam Museyi Kazimlərimiz yoxdur: “Bu gün zindanlarımız həmin insanlarla doludur. Belə aydınlardan həmd olsun ki, məhrum deyilik. Onların bu gün zindanlarda etdiyini insanlar azadlıqda edə bilmirlər. Bu cür insanlar var olduqca Əhli Beyt də yaşayacaq.”

Tədbir digər iştirakçıların çıxışları ilə davam etdi. Sonda tədbir iştirakçıları üçün mövlud süfrəsi açıldı .  

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky