Fatimiyyə Günləri

AİP Qadınlar Şurası "Əyyami-Fatimə" (ə) günləri ilə bağlı tədbir keçirdi

AİP Qadınlar Şurası

Növrəstə xanım Əhli -Beytin müqəddəsliyindən və Qurani-Kərimdə onların varlığına işarə vuran ayələrdən bəhs edib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan İslam Partiyası Qadınlar Şurasının təşəbbüsü və təşkilatçılığı ilə "Əyammi Fatimə" günləri ilə əlaqədər tədbir reallaşıb.

Tədbiri Quran tilavəti ilə açan AİP Qadınlar Şurasının sədri Hacı Növrəstə İbrahimova qonaqları salamlayıb.

Növrəstə xanım Əhli -Beytin müqəddəsliyindən və Qurani-Kərimdə onların varlığına işarə vuran ayələrdən bəhs edib: "İlahi Pərvərdigaranın "Yasin" surəsində birbaşa kimlərə xitab etdiyini hamımız bilirik. Bildiyimiz kimi, dinimizdə ən əhəmiyyətli məsələrdən biri intizardır. Amma bu fani dünyaya aid intizar deyil. Bir ümmətin bütün ibadəti və həyatı gözlədiyinin intizarına köklənibsə, mənəviyyyatının bər-bəzəyi yerə-göyə sığışmaz. Ona görə də qəmli könlümüzü bu intizara kökləyərək şəhadət günlərindən bəhrələnək."

Daha sonra tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib və mərsiyələrlə, Əhli-Beytə həsr olunmuş şeirlərlə yekunlaşıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky