Azərbaycan və Anti-Şiə Siyasətlərin Davamı

Abgül Süleymanovdan xəbər var...

Abgül Süleymanov 11 saylı CÇM-də ailəsi ilə görüşüb.

  • News Code : 818371
  • Source : Abgulsuleymanov.com
Brief

Zəhra Süleymanova: Dindarların həbsi nə dövlətimizə, nə millətimizə, nə də müstəqilliyimizə lazım deyil. Bu din və dövlət əlaqələrinin qırılmasından başqa bir şey deyil. Bu əziz gün onun ailəsi olaraq hacının yerinin dəyişdirilməsini istəyirik.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, əliyevlər rejimi tərəfindən ŞƏRLƏNƏRƏK 11 saylı CÇM-də məhbəs həyatı sürən mübariz Şiə ruhanisi Hacı Abgül Süleymanov ailəsi ilə görüşüb.

Ruhani Abgül Süleymanovun həyat yoldaşı Zəhra Süleymanova isə Din Xadiminə qarşı təzyiqlərdən narahat olub:

"Şeyx Sərdarın həbsinə bildirdiyi münasibətə görə onu açıq şəraitdən götürüb bağlı otağa yerləşdiriblər. Artıq mart ayının altısından orada oturub. Saxlanıldığı otaq bir nəfərlik otaqdır. 2metr uzunluğu və 2 metr enindədir. Bir yataq çarpayısı və bir nəfərlik də namaz qılmaq üçün yer qalır. Havasızlıqdan təzyiqi yüksəlib, baş ağrısından əziyyət çəkir. Biz onu gördük. Belə olmaz. Bu bayram günlərində heç olmasa humanistlik göstərin. Bu qədər insanı sıxmaq olmaz. Bu nəyə, kimə lazımdır? Kim bundan xoşhal olur? Heç kəs. Ancaq düşmən sevinir."

Zəhra Süleymanova sözlərinin davında "Möminlərin həbsi xalq tərəfindən pislənir. Bu gün düşmənə qarşı birlik günüdür. Dövlətlə din arasında birlik yaratmaq lazımdır. Bu nə siyasətdir? Kim bu siyasəti yürüdür? Dindarların həbsi nə dövlətimizə, nə millətimizə, nə də müstəqilliyimizə lazım deyil. Bu din və dövlət əlaqələrinin qırılmasından başqa bir şey deyil. Bu əziz gün onun ailəsi olaraq hacının yerinin dəyişdirilməsini istəyirik.", -deyə qeyd edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky