Davam Edir Bakının Qara Piarı

Əliyevlərin vəkili Q. Həsənquliyev: Nardaranda müxtəlif ekstremist qüvvələrin bayraqlarının da dalğalandığı olmuşdu

"Nardaranda keçirilən əməliyyatla böyük təhlükələrin qarşısı alınıb."

  • News Code : 870714
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Heydər Əliyevin, sonradan oğlu İlham Əliyevin hakimiyyəti dövründə Şiələr amansız zorakılıqlara və təqiblərə məruz qalırlar... Azərbaycan İslam Partiyasının qeydiyyatdan keçirilməməsi, Hicabın qadağası, Azanın qadağası, Məscidlərin viran edilməsi, saysız hesabsız Şiə aktivistlərinin həbsi və s. qanunsuzluqların ardınca 26 Noyabr, 2015 tarixdə qanlı Nardaran faciəsi də həyata kçeirildi...

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bakı rejiminin Şiələrə qarşı amansız siyasətləri səngimək bilmir. Belə ki, Heydər Əliyevin, sonradan oğlu İlham Əliyevin hakimiyyəti dövründə Şiələr amansız zorakılıqlara və təqiblərə məruz qalırlar... Azərbaycan İslam Partiyasının qeydiyyatdan keçirilməməsi, Hicabın qadağası, Azanın qadağası, Məscidlərin viran edilməsi, saysız hesabsız Şiə aktivistlərinin həbsi və s. qanunsuzluqların ardınca 26 Noyabr, 2015 tarixdə qanlı Nardaran faciəsi də həyata kçeirildi...

Mövcud rejim törətdiyi cinayətlərə görə azacıq da peşimançılıq keçirtməsi əvəzinə sanki özünün də, söylədiyi yalanlara artıq inanmağı gəlib... Belə ki, Azərbaycan Respublikasının rəsmisi Nardaran hadisələri ilə bağlı çox dəhşətli bir müsahibə verib. Müsahibəni saytımızın izləyicilərinə təqdim edirik:

"Nardaranda belə bir əməliyyatın keçirilməsi tələbi ilə çıxış edən millət vəkillərindən biri mən olmuşam. Vaxtilə televiziya vasitəsi ilə ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına müraciət etmişdim ki, Nardaran faktiki ölkənin yurisdiksiyasından kənara çıxıb, artıq gözləmək lazım deyil".

Bunu Nardaranda dini ekstremist qrupa qarşı keçirilən əməliyyatının ikinci ildönümü ilə bağlı APA-ya açıqlamasında millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib.

Q. Həsənquliyev deyib ki, o zaman qəsəbəyə daxil olanda insanda sanki başqa bir dövlətin ərazisində olması təəssüratı yaranırdı: "Divarlarda fərqli dillərdə şüarlar yazılmışdı, fərqli bayraqlar açılmışdı. Bu qəsəbədə bəzi insanlar açığı, Azərbaycan qanunlarına riayət etmirdilər. Xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən orda geniş iş aparılmışdı, çoxlu sayda insanlar əməkdaşlığa cəlb olunmuşdu, bunların bəzilərinin isə heç o kəndə aidiyyatı yox idi. Nəhayət, dövlət, hüquq-mühafizə orqanları öz sözlərini deməli idilər. Əks halda, gələcəkdə vəziyyəti hüquqi müstəviyə gətirmək üçün daha ağır nəticələr ola bilərdi. Təəssüf ki, Nardaranda hüquqi nizam-intizamın bərpa olunması üçün Daxili İşlər Nazirliyi tərəfindən keçirilən tədbir zamanı 2 polis əməkdaşı da daxil olmaqla, bir neçə nəfər həyatını itirdi. Amma biz bilirik ki, polis əməkdaşları vətəndaşların təhlükəsizliyini qorumaq, ictimai asayişi, dövlətin təhlükəsizliyini təmin etmək üçün həyatları ilə risk edirlər. Allah əməliyyat zamanı həyatını itirən polislərə rəhmət etsin. Əlbəttə, ağır itkidir. Amma bir daha deyirəm ki, iki il əvvəl Nardaranda keçirilən əməliyyatla dövlətçiliyimiz üçün daha böyük yarana biləcək təhlükələrin qarşısı alındı. Bu istiqamətdə də Daxili İşlər Nazirliyinin fəaliyyətini təqdir etmək və yüksək qiymətləndirmək lazımdır. Bu əməliyyatda itki verilsə də,  hər halda nizam-intizam bərpa olundu, dövlətimiz üçün hazırlanan böyük bir qəsdin, təhlükələrin qarşısı alındı".

Sonrakı mərhələdə Nardaranda abadlıq işlərinə başlandığını xatırladan millət vəkili qəsəbənin küçələrində Azərbaycan bayrağı qaldırıldığını söyləyib: "Nardaranda o vaxta qədər müxtəlif ekstremist qüvvələrin bayraqlarının da dalğalandığı olmuşdu. Orda yalnız Azərbaycan bayrağı qaldırılanda insanlarımız rahat bir nəfəs aldılar ki, biz daha bir təhlükədən sovuşduq. Biz hamımız bir daha o əməliyyatda iştirak edən polis işçilərini minnətdarlıq hissi ilə qeyd etməliyik. Nardaranı ölkənin yuridiksiyasından kənara çıxarmağa çalışmış insanlar da layiqli cəzalarını aldılar".

Q. Həsənqulyev bəzi siyasi qüvvələrin aksiyalarında, çıxışlarında Nardaran əməliyyatı zaman həbs edilən və məhkəmə tərəfindən haqlarında hökm verilmiş insanları "siyasi məhbus" kimi təqdim etməyə çalışmalarına, onları azadlığa çıxmalarını tələb etməsinə də toxunub: “Əgər insanlar doğurdan da törətdikləri cinayətə görə peşmançılıq hissi keçirirlərsə, cəzalarının bir hissəsini çəkiblərsə, cəzaçəkmə yerlərində özlərini yaxşı aparıblarsa, qanunvericiliyimiz onların cəzalarının çəkilməmiş hissəsindən azad olunmasına imkan verir. Nardaranda da məsuliyyətə cəlb olunmuş çoxlu sayda insanlar artıq azad ediliblər. Amma orada təşkilatçılar, insanları qızışdırıb dövlət və hakimiyyət orqanları ilə üz-üzə qoymaq istəyənlər olub və o insanlar cəzalarını çəkəcəklər. Belələrindən haqq-ədalət uğrunda mübarizə aparan obrazını yaratmaq cəhdlərinə gəlincə, bəri başdan deyim ki, belə cəhdlər cəmiyyət tərəfindən lənətlənir".

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky