Azərbaycan və Anti-Şiə Siyasətlərin Davamı

Əliyevlər rejimi "Nardaran məhbusları"na 150 ildən çox hökm oxudu

  • News Code : 871277
  • Source : ABNA – Xəbər Agentliyi Aaazərbaycan KİV-ə istinadla
Brief

Qondarma məhkəmənin hökmü ilə Quran Hafizi, Höccətül İslam Zülfüqar Mikayılov 17 il, Höccətül İslam Ruzi İsmayılov 15 il, Höccətül İslam Seyyid Elman Ağayev 13 il, Höccətül İslam Ramin Seyfullayev 13 il, Şiə aktivistləri Cabir Əliyev 14 il, Faiq Allahverdiyev 13 il, Mehman Quliyev 13 il, Mübariz İbrahimov 13 il, Mehman Məmmədov 12 il 3 ay, Eldar Bünyatov 12 il 3 ay, Elxan Həsənov 12 il 3 ay, Əli Hüseynov 12 il 3 ay, müddətinə azadlıqdan məhrum edilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dekabrın 6-da Nardaran işi 3 üzrə təqsirləndirilənlərin sonuncu qondarma məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən qondarma prosesə ədalətsiz hakim Zeynal Ağayev sədrlik edib.

Qondarma məhkəmənin hökmü ilə Quran Hafizi, Höccətül İslam Zülfüqar Mikayılov 17 il, Höccətül İslam Ruzi İsmayılov 15 il, Höccətül İslam Seyyid Elman Ağayev 13 il, Höccətül İslam Ramin Seyfullayev 13 il, Şiə aktivistləri Cabir Əliyev 14 il, Faiq Allahverdiyev 13 il, Mehman Quliyev 13 il, Mübariz İbrahimov 13 il, Mehman Məmmədov 12 il 3 ay, Eldar Bünyatov 12 il 3 ay, Elxan Həsənov 12 il 3 ay, Əli Hüseynov 12 il 3 ay, müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky