Qərb Xəbərləri

Yunanlılar Peyğəmbərin Milad Bayramına hücum etdilər

Yunanlılar Peyğəmbərin Milad Bayramına hücum etdilər

Yunanıstan polisinin bildirdiyinə görə, futbol komandasının azərkeşləri pakistanlı mühacirləri təhqir edərək söyüş veriblər. Bundan sonra vəziyyət gərginləşib. Polis qarşıdurmanı sakitləşdirməkdən ötrü gözyaşardıcı qazdan istifadə edib. Heç kim saxlanılmayıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yunanıstan futbol komandalarından birinin pərəstişkarları pakistanlı miqrantlar tərəfindən xiyabanda keçirilən İslam Peyğəmbərinin (s) Milad Bayramına hücum çəkiblər.

Məlumata görə, paytaxt Afinanın xiyabanlarının birində keçirilən Milad Bayramında 800 nəfərə yaxın Pakistan əsilli Müsəlman iştirak edib. Lakin yaxınlıqda olan Yunanıstanın PAOK futbol komandasının azərkeşləri Müsəlmanlara hücum edərək Bayram mərasimini dağıdıblar.

Yunanıstan polisinin bildirdiyinə görə, futbol komandasının azərkeşləri pakistanlı mühacirləri təhqir edərək söyüş veriblər. Bundan sonra vəziyyət gərginləşib. Polis qarşıdurmanı sakitləşdirməkdən ötrü gözyaşardıcı qazdan istifadə edib. Heç kim saxlanılmayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky