Hicab və Gözəllik

Yenilik: Norveçin baş naziri hicablı diktora dəstək verdi

NRK televiziyasının bir proqramı hicablı bir müsəlmana həvalə etməyə qərar verməsi ölkədəki islamofobları hiddətləndirib.

  • News Code : 850642
  • Source : Deyerler “Haber Türk”-ə istinadən
Brief

Kanalın baş direktoru Tor Gyermund Eriksen isə, Aftenposten qəzetinə verdiyi müsahibəsində, onlara edilən tənqidlərin böyük hissəsinin nifrət dolu sözlər olduğunu qeyd edib: “Bunlar norveçli müsəlman gənc bir qızın ictimaiyyətdə görünməsindən qaynaqlanır. Güclü və qaranlıq güclər gənc müsəlmanların görünməsini istəmir”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Norveç dövlət televiziyası NRK 22 yaşlı hicablı xanım Faten Mehdi Hüseynini diktor təyin etməyə qərar verib.

Məlumata görə, NRK televiziyasının bir proqramı hicablı bir müsəlmana həvalə etməyə qərar verməsi ölkədəki islamofobları hiddətləndirib.

Norveç mətbuatında gedən xəbərlərə əsasən, hicablı Faten Mehdi Hüseyininin NRK-da "Faten seçimini edir" adlı bir seçki proqramı təqdim etməsinə qərar verilib. Ancaq bu proqram hələ efirə verilmədən, 3 mindən çox islamofob telekanala etiraz məktubu göndərib.

Ölkədəki Bərabərlik və Ayrı-seçkilik Ombudsmanı NRK televiziyasının hicablı diktor qərarının bərabərliyi pozmadığı barədə qərar verib. Norveçdəki Demokratlar adlı ifrat sağçı partiya qərara ən çox sərt reaksiya verənlərdəndir.

Partiya ombudsmanın verdiyi qərar səbəbilə qovulmasını tələb edir. Partiya sosial şəbəkədə bu barədə fəallığını davam edir. Partiya sosial şəbəkə “Müsəlmanları geri göndərin” və NRK-nı televiziyamızdan silin” kimi mesajlar paylaşır.

Kanalın baş direktoru Tor Gyermund Eriksen isə, Aftenposten qəzetinə verdiyi müsahibəsində, onlara edilən tənqidlərin böyük hissəsinin nifrət dolu sözlər olduğunu qeyd edib: “Bunlar norveçli müsəlman gənc bir qızın ictimaiyyətdə görünməsindən qaynaqlanır. Güclü və qaranlıq güclər gənc müsəlmanların görünməsini istəmir”.

Norveçin baş naziri Erna Solberqdə Faten Mehdi Hüseyniyə dəstək verib. O, dini inancının tələbinə görə hicab bağlayanlara hörmət etməyin vacib olduğunu deyib.

22 yaşlı Faten Mehdi Hüseyininin təqdim edəcəyi proqramda, sentyabrın 11-də keçiriləcək parlament seçkiləri müzakirə olunacaq. Dörd hissəli proqramın ilk hissəsi 31 avqustda efirə veriləcək. Gənc diktor Norveçdə özü kimi yaşayanların gözləntilərindən danışacaq, siyasi müsahibələr və partiyalarla bağlı araşdırmalar aparacaq.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky