Avropa Xəbərləri

Səud sülaləsinin şahzadəsi Muhəmməd bin Salmanın Londona səfəri etiraz aksiyası ilə qarşılandı - Foto

Bin Səlmanın İngiltərəyə planlaşdırılan ziyarəti bir həftədir İnsan Haqları təşkilatları, Müharibə və Silahların Yayılması Əleyhinə qurumlar tərəfindən təşkil edilən kütləvi nümayişlərlə etiraz edilir. Belə ki, üzərində "Müharibə Cinayətkarı Məhəmməd bin Salman İngiltərədə Qarşılanmır" yazı olan yük maşınları nəhəng reklamları Londonun küçələrində gəzdirirlər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Səudiyyə rejiminin vəliəhdi Məhəmməd bin Səlmanın İngiltərəyə səfəri, Londonda baş nazirlik binası önündə etirazla qarşılandı.

Bin Səlmanın İngiltərəyə planlaşdırılan ziyarəti bir həftədir İnsan Haqları təşkilatları, Müharibə və Silahların Yayılması Əleyhinə qurumlar tərəfindən təşkil edilən kütləvi nümayişlərlə etiraz edilir. Belə ki, üzərində "Müharibə Cinayətkarı Məhəmməd bin Salman İngiltərədə Qarşılanmır" yazı olan yük maşınları nəhəng reklamları Londonun küçələrində gəzdirirlər.

Bundan əlavə nümayişçilər, İngiltərədən müharibə cinayətkarlarını ölkəyə qəbul etməməsini tələb edirlər. Onlar eyni zamanda Yəməndə günahsız mülki insanların qanını axıdan Səudiyyə rejiminə silah göndərməyin dayandırmasını da tələb ediblər.

Məlum olduğu kimi, Qərb dünyası bu günə kimi Səudiyyə rejiminin Yəməndə və s ölkələrdə törətdiyi cinayətlərə göz yummaqdadır. Bu rejim bu günə qədər Yəməndə minlərlə uşaq, qadın və qocanı həlak etmiş, İngilətərə, qondarma israil rejimi və ABŞ-dan aldığı və müharibədə istifadə edilməsinə qadağa qoyulan silahlara dinc sakinləri qətliam edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky