Avropa Xəbərləri

Rusiya müdafiə naziri: S-300 raketləri Suriyaya təhvil verildi

Rusiya müdafiə naziri: S-300 raketləri Suriyaya təhvil verildi

Rusiya MN başçısı Moskvanın suriyalı mütəxəssislərə S-300 raketlərindən istifadə təlimatına başladığını bildirərək deyib: Bu təlimatlar 3 ay çəkəcək

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiyanın müdafiə naziri Sergey Şoyqu dünən Rusiyanın Təhlükəsizlik Şurasında Suriyaya S-300 raket sisteminin təhvil verilməsindən xəbər verib.

Rusiya prezidenti Vladimir Putinin başçılığı ilə təşkil olunmuş bu iclasda Şoyqu deyib: Bu raket müdafiə sistemi ilə yanaşı, rusiyalı hərbçilərin təhlükəsizliyinin gücləndirilməsi üçün xüsusi təchizatlar da Suriya dövlətinə təhvil verilib.

Rusiya MN başçısı Moskvanın suriyalı mütəxəssislərə S-300 raketlərindən istifadə təlimatına başladığını bildirərək deyib: Bu təlimatlar 3 ay çəkəcək.

Qeyd edək ki, Rusiya ötən ay Suriya ordusuna S-300 raketləri vermək qərarına gəldi.

Rusiyanın bu qərarı bu ölkənin bir ədəd hərbi təyyarəsinin Laziqiyyə vilayətində sionist rejim təyyarələrinin hücumu zamanı vurulmasından sonra qəbul edildi.

Rusiya bu hadisədə sionist İsrail rejiminin məsuliyyət daşıdığını bildirdi.

İsrail indiyədək dəfələrlə terrorçulara dəstək üçün Suriya ordusunun mövqeləri və infrastrukturunu hədəfə alıb.

Suriyada böhran 2011-ci ildə ABŞ, Səudiyyə Ərəbistanı və onların müttəfiqlərinin dəstəklədikləri terrorçu qrupların geniş hücumu ilə və balansı sionist rejimin xeyirinə dəyişmək məqsədi ilə başlandı.

Suriya ordusu İranın hərbi məsləhətləri və Rusiyanın hərbi yardımları ilə son vaxtlar bu ölkədə İŞİD terror qrupunun fəaliyyətinə son qoydu və digər terrorçu qrupları da məhv etməkdədir.

İsrail və Amerika Suriyadakı terrorçuların məğlubiyyətindən nigarandırlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky