Avropa Xəbərləri

Rusiya: “Terrorçular Suriyada ABŞ əsgərlərinin yanında sərbəst hərəkət edir”

Rusiya: “Terrorçular Suriyada ABŞ əsgərlərinin yanında sərbəst hərəkət edir”

Suriyanın qərbində, İraq ilə sərhəddə əslində terrorçuların qoruğu yaradılıb. Terrorçular burada yenidən silahlanır, hazırlıqlar görür, bu ərazidən hücumlar təşkil edir. Bütün bunlar ABŞ xüsusi əməliyyat və digər qoşunlarının rəhbərliyi altında edilir”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin, ABŞ-ın Suriyada nəzarəti altında saxladığı bölgəni terrorçuları qorumaq məqsədi ilə istifadə etdiyini bildirib.

Fomin Rossiya 24 televiziyasına açıqlamasında belə deyib: “Tanf bölgəsinin ətrafında yaradılan 55 kilometrlik təhlükəsizlik zonasının bizdə narahatlıq yaratmaması mümkün deyil. Suriyanın qərbində, İraq ilə sərhəddə əslində terrorçuların qoruğu yaradılıb. Terrorçular burada yenidən silahlanır, hazırlıqlar görür, bu ərazidən hücumlar təşkil edir. Bütün bunlar ABŞ xüsusi əməliyyat və digər qoşunlarının rəhbərliyi altında edilir”.

Fomin ABŞ-ın, həmçinin Tanf yaxınlığındakı Rukban sığınacaq düşərgəsinə humanitar yardım karvanlarının girişinə mane olduğunu, bu səbəbdən düşərgədəki humanitar vəziyyətin fəlakət səviyyəsinə çatdığını bildirib.

Digər tərəfdən, Rusiyanın Təhlükəsizlik Şurasının katibinin beynəlxalq işlər üzrə müavini Aleksandr Vinnikov, Suriyanın Tanf hərbi bazasında olan ABŞ əsgərlərinin baza yaxınlığındakı terrorçuların sərbəst hərəkət etmələrinə göz yumduqlarını deyib.

Amerikanın terrorizmlə mübarizə haqqında ziddiyyətli mövqeyinə etiraz edən Vinnikov, terrorçuların Amerika əsgərlərinin yanında rahat hərəkət etməsinə heç cür izah verə bilmədiyini bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky