Türkün Türkdən Başqa Dostu Toxudur Silsi-ləsindən

Qarabağa qanunsuz gedən türklər: "Bizə cinayət işi qaldırılmayıb, Çavuşoğlu da Bakıda düz danışmayıb"

  • News Code : 871111
  • Source : Virtualaz Türkiyə KİV-lərinə istinadən
Brief

Azərbaycan ərazilərinə qanunsuz səfər edən türkiyəli ekspertlər: Xarici işlər naziri Çavuşoğlu ilə əlaqə saxlayıb səfərimizlə bağlı peşimanlıq ifadə etdiyimiz doğru deyil... Çavuşoğlunun bu məktubda “peşimanlıq”, “üzr istəmə” kimi ifadələrə yer verilməsi barədə istəyinə qarşı çıxdıq, bənzər təkliflərini də qəbul etmədik”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bir neçə ay əvvəl Ermənistan üzərindən işğal altındakı Azərbaycan ərazilərinə səfər edən və Qarabağdakı qondarma erməni rejiminin nümayəndələri ilə görüşən dörd Türkiyə vətəndaşı xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıda yalan danışdığını bildirir.

Həmin Türkiyə vətəndaşları-solçu jurnalist və araşdırmaçılar Əli Bayramoğlu, Sait Çetinoğlu, Erol Katırcıoğlu və Ufuk Uras Çavuşoğlunun bir neçə gün əvvəl Bakıya səfəri zamanı verdiyi bəyanatlarla bağlı yazılı bəyanatla çıxış ediblər.

Mövlud Çavuşoğlu Bakıda bildirmişdi ki, Türkiyə hüquq-mühafizə orqanları həmin şəxslərə qarşı cinayət işi qaldırıb və təhqiqat aparır. Eyni zamanda Çavuşoğlunun bildirdiyinə görə bu şəxslər onunla əlaqə saxlayaraq Qarabağa səfər etdiklərinə görə “peşimanlıq” ifadə ediblər, üzrxahlıqlarını Azərbaycan hakimiyyətinə çatdırmağı xahiş ediblər.

“Bu şəxslər mənimlə əlaqə saxladılar və etdiklərinin Azərbaycan qanunlarına görə cinayət olduğunu bilmədiklərini söylədilər. Mən də onlara dedim ki, bunu Azərbaycan hakimiyyətinə də anladın”-Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən həmin şəxslərə Türkiyədə cinayət işi açılıb. Çavuşoğlu Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərindən üzüldüyünü deyib: "Azərbaycanın işğal altındakı torpaqlarına qeyri-qanuni səfər cinayətdir. Qoy hər kəs bilsin ki, Azərbaycanın icazəsi olmadan heç kimin Dağlıq Qarabağa getmək hüququ yoxdur”.

“Xarici işlər naziri Çavuşoğlu sentyabr ayında Qarabağa etdiyimiz səfər və Azərbaycanın bununla bağlı qaldırdığı cinayət işi ilə bağlı bəyanat verib. Bu bəyanatla bağlı aşağıdakıları bildirmək istəyirik: xarici işlər naziri Çavuşoğlu ilə əlaqə saxlayıb səfərimizlə bağlı peşimanlıq ifadə etdiyimiz doğru deyil. Nazirlə Azərbaycanın barəmizdə qaldırdığı cinayət işi və axtarış qərarı ilə bağlı təmas qurmuşuq ki, Türkiyə dövləti öz vətəndaşlarının hüququnu qorusun. Onun arzusu ilə Azərbaycan prezidenti İlham Əliyevə məktub yazaraq Qarabağa etdiyimiz səfərin məqsədini izah etdik və yaranan vəziyyətlə bağlı məyusluğumuzu ifadə etdik. Nazir Çavuşoğlunun bu məktubda “peşimanlıq”, “üzr istəmə” kimi ifadələrə yer verilməsi barədə istəyinə qarşı çıxdıq, bənzər təkliflərini də qəbul etmədik”-Azərbaycan ərazilərinə qanunsuz səfər edən türkiyəli ekspertlər bildirib.

Həmin şəxslər onu da qeyd edirlər ki, Türkiyədə barələrində heç bir cinayət işi qaldırılmayıb. Onlar təkcə Azərbaycan hüquq-mühafizə orqanlarının qaldırdığı cinayət işi ilə bağlı Türkiyənin Ədliyyə Nazirliyinə göndərilən sorğulara prosedur zərurəti ilə bağlı cavab veriblər.

Xatırladaq ki, dörd Türkiyə vətəndaşının qanunsuz olaraq işğal altındakı ərazilərə səfəri Azərbaycan XİN-in və digər strukturların, o cümlədən ictimaiyyətin kəskin reaksiyasına səbəb olub. Azərbaycan hüquq-mühafizə orqanları bu şəxslər barədə cinayət işi qaldıraraq barələrində beynəlxalq axtarış elan edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky