Qərb Xəbərləri

Putin: “Rusiyada İslam tədrisinə dəstəyimiz davam edəcək”

Putin: “Rusiyada İslam tədrisinə dəstəyimiz davam edəcək”

Tatarıstanda açılan Bolqar İslam Akademiyasının rəsmiləri və Rusiyanın Mərkəzi Müsəlman Təşkilatlarının müftiləri ilə görüşən Putin belə danışıb: “Heç şübhəsiz İslam tədrisini dəstəkləməyə davam edəcəyik. Böyük dövlət universitetləri üzərindən verdiyimiz dəstəyimiz də davam edəcək”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiyanın prezidenti Vladimir Putin ölkədəki böyük dövlət universitetlərində İslam tədrisi istiqamətində dəstəklərini davam edəcəyini deyib.

Tatarıstanda açılan Bolqar İslam Akademiyasının rəsmiləri və Rusiyanın Mərkəzi Müsəlman Təşkilatlarının müftiləri ilə görüşən Putin belə danışıb: “Heç şübhəsiz İslam tədrisini dəstəkləməyə davam edəcəyik. Böyük dövlət universitetləri üzərindən verdiyimiz dəstəyimiz də davam edəcək”.

Putin çıxışında bir çox problemi və vaxatşırı dağıdıcı fikirləri olan gənclər arasında İslam tədrisinin yayılmasının əhəmiyyətini də vurğulayıb: “Bu dağıdıcı fikirlərlə ancaq tək bir yolla mübarizə edilə bilər - fərqli fikirlərlə. Moskva, Ufa, Qafqazdakı akademiyalarla və Bolqar İslam Akademiyasında öyrədilən fikirlərlə”.

Putin İslam və müsəlmanların Rusiya mədəniyyəti və çox millətliyi üçün çox əhəmiyyətli olduğunu söyləyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky