Avropalıların Demokratiya Təzahürü

Niderlandda ultrasağçı partiya sədri məscidləri yandırmaqla bağlı çağırış edib

Niderlandda ultrasağçı partiya sədri məscidləri yandırmaqla bağlı çağırış edib

Xenq Van Din teleaparıcının ona "sözlərinizdə dəyişiklik etmək istəyirsiz?" sualına cavab olaraq bildirib ki, "biz bütün məscidlərin əleyhinəyik və düşünürük ki, onlar yandırılmalıdır."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Niderlandda ultrasağçı partiya sədri Xenq Van Din ölkədəki məscidləri yandırmaqla bağlı çağırış edib.

Bu bəyanatla o rəhbərlik etdiyi partiyanı problemlə üz-üzə qoyub. Partiya sədrinin anti-islam bəyanatına seçkilərdəki digər namizədin məscidlərlə bağlı müsbət çağrışı səbəb olub.

Belə ki, qarşı partiyanın namizədi Utrext şəhərindəki məscidi İkinci Qürur qülləsi adlandırıb. Bunun əksinə olaraq teledebat zamanı Xenq Van Din məscidlərin yandırılmasının tərəfdarı olduğunu bildirib.

Aparıcının ona "sözlərinizdə dəyişiklik etmək istəyirsiz?" sualına cavab olaraq ultrasağçı partiya rəhbəri bildirib ki, "biz bütün məscidlərin əleyhinəyik və düşünürük ki, onlar yandırılmalıdır."

Daha sonra o twitter hesabında əvvəlki fikrinə “düzəliş edərək” deyib “biz məscidlərin yandırılmasının deyil bağlanmasının tərəfdarıyıq. Güc qəbul edilməzdir.”

Qeyd edək ki, sözü gedən partiya bu ilin mart ayında keçiriləcək seçkilərdə aparıcı qüvvələrdən biridir.

Xatırladaq ki, radikal sağçı partiyalar son illərdə Avropa ölkələrinə miqrasiya krizisini islamfobiya istiqamətində istifadə edirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky