Qərb Xəbərləri

Moskva buddistlərə tərəf çıxdı. Rusiya BMT-də Rohinca müsəlmanlarının əleyhinə çıxış edib

Rusiya BMT ölkələrini bu mövzuda Myanmaya qarşı spekulyasiya etməməyə çağırıb.

Moskva buddistlərə tərəf çıxdı. Rusiya BMT-də Rohinca müsəlmanlarının əleyhinə çıxış edib

Vasiliy Nebenzya çıxışında ölkələri Myanma ordusunun Rohinca müsəlmanlarına qarşı həyata keçirdiyi kütləvi qırğınlarda soyqırım hallarının mövcudluğunu "guya" ifadəsi ilə qeyd edib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiyanın BMT yanındakı daimi nümayəndəsi Vasiliy Nebenzya çərşənbə axşamı etdiyi çıxışı zamanı Myanmanın Rakhayn Ştatında Rohinca müsəlmanlarına qarşı törədilmiş qırğınlar barədə soyqırım sözünün istifadə edilməsinin əleyhinə olduğunu bəyan edib.

Rus nümayəndə çıxışında ölkələri Myanma ordusunun Rohinca müsəlmanlarına qarşı həyata keçirdiyi kütləvi qırğınlarda soyqırım hallarının mövcudluğunu "guya" ifadəsi ilə qeyd edib və BMT ölkələrini bu mövzuda Myanmaya qarşı spekulyasiya etməməyə çağırıb.

Nebenzyanın sözlərinə misal kimi BMT-nin insan haqları üzrə şurasının oktyabrın 5-də qəbul etdiyi qətnaməni çəkib. Həmin qətnamədə Rakhayn ştatında yaşayan Müsəlman Rohinca xalqının hüquqlarının "ciddi və sistemli" pozulması pislənilib.

"Myanma barəsində əks təsirli ittihamlardan və məhkum etmələrdən çəkinməyi və müsəlmanlara qarşı guya soyqırım olduğu mövzusunda siyasi və emosional cəhətdən bəzənmiş spekulyasiyalardan qaçmağı (belə sözləri işlətməməyi-İS) zəruri hesab edirik", - deyə rus nümayəndə bildirib.

Qeyd edək ki, Myanma höküməti Rakhayn əyalətində yaşayan Rohinca Müsəlman xalqına qarşı etnik təmizləmə siyasətini avqustun 25-də yenidən həyata keçirməyə başlayıb. Bu müddət ərzində Myanma ordusu tərəfindən əyalətlə yaşayan 3 mindən çox Müsəlman vəhşicəsinə qtlə yetirilib, 627 mindən Rohinca Müsəlmanı doğma torpaqlarını tərk edərək qonşuluqdakı Banqladeşə qaçmağa məcbur olub.

Xatırladaq ki, noyabrın 7-də BMT Təhlükəsizlik Şurası (TŞ) Myanmanın Rakhayn ştatında Rohinca müsəlmanları barəsində zorakılığa son qoymağı tələb edən qətnamə layihəsini Çinin qoyduğu veto üzündən qəbul edə bilməmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky