Qərb Xəbərləri

Livanda Hicab taxmaqdan imtina edən Marin lupenin Parisə dönüşündə qalmaqallar baş verdi

  • News Code : 813566
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Belə ki, Fransa polisi prezidentliyə namizəd Marin Lupenin cangüdəni və onun rəhbərlik etdiyi “Milli cəbhə” partiyasının qərargah rəhbərini saxlayıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransa “Milli Cəbhəsi”nin lideri və ekstrimist sağçılar qrupunun Fransa prezidentliyinə namizədi xanım Marin Lupen Livana etdiyi 2 günlük səfərində 21 Fevral tarixində Müfti Əzəmi ilə görüşdə Hicab taxmaqdan boyun qaçıraraq qapıdan geri qayıtdıqdan sonra heç də onun üçün Parisdə xoş keçmədi.

Belə ki, Fransa polisi prezidentliyə namizəd Marin Lupenin cangüdəni və onun rəhbərlik etdiyi “Milli cəbhə” partiyasının qərargah rəhbərini saxlayıb.

Reuters və CNN-nin məlumatına görə, Thierry Legier və Catherine Griset polisdə ifadə verirlər.

Onlar Avropa Birliyinin deputat köməkçiləri üçün ayrdığı vəsaitdən düzgün istifadə edilməməsi ilə bağlı istintaq çərçivəsində saxlanıblar.

Bundan əvvəl eyni qalmaqalla bağlı partiyanın qərərgahında da axtarış aparılıb.

Qeyd edək ki, son rəy sorğularına görə, aprelin 23-də keçiriləcək seçkinin birinci mərhələsində 26 faiz səslə Marin Lupen qalib gələcək.

İkinci yerdə 22 faiz səslə müstəqil namizəd Emmanuel Makron, 3-cü yerdə isə 21 faiz səslə mühavizəkar namizəd Fransua Fiyon gələcək.

Amma Makronla Fiyonun mayın 7-də keçiriləcək ikinci mərhələdə Lupenə qalib gələcəkləri gözlənilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky