Qərb Xəbərləri

Kreml: Suriya probleminin həllində əsas meydança Cenevrə prosesidir

Kreml: Suriya probleminin həllində əsas meydança Cenevrə prosesidir

Dmitri Peskov: "Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada əməliyyatlarının başa çatması ilə bağlı qərarı ölkə başçısı Vladimir Putin qəbul edəcək".

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamasında bildirib: "Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada əməliyyatlarının başa çatması ilə bağlı qərarı ölkə başçısı Vladimir Putin qəbul edəcək".

O deyib ki, Suriyada Rusiya Silahlı Qüvvələrinin hərbi əməliyyatlarının başa çatması haqqında qərarı ancaq Putin qəbul edə bilər: "O, bu haqda qərar qəbul edən zaman məlumat verəcəyik. Prezident dünən də bu haqda danışdı. O, Suriya münaqişəsinin siyasi yolla həllinin vacibliyini vurğuladı".

Kreml sözçüsü Cenevrə prosesinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı əsas meydança olduğunu, Astana və Soçinin isə Cenevrə prosesinin nəticələrinin təmin edilməsində müsbət rol oynadığını söyləyib.

Qeyd edək ki, V. Putin Suriyada İŞİD-in tamamilə məhv edildiyini bəyan edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky