Qərb Xəbərləri

İspaniyada Kataloniya separatçılarının lideri Madridin qərarına tabe olmur

  • News Code : 863094
  • Source : APA “El Pais”ə istinadən
Brief

Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 27-də müstəqilliyini elan edib. İspaniya Senatı isə Konstitusiyanın 155-ci maddəsi əsasında regionda birbaşa idarəçiliyin tətbiqinə qərar verib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kataloniya hökumətinin vəzifəsindən kənarlaşdırılmış keçmiş rəhbəri Karles Puçdemon İspaniya hökumətinin bu qərarını tanımadığını bildirib.

Məlumata görə, K. Puçdemon regionun müstəqilliyi üçün dinc mübarizəyə çağırıb: “Biz azad dövlətin yaradılması üzərində işi davam etdirəcəyik”.

Separatçı lider bəyan edib ki, İspaniya hökumətinin qərarları Kataloniyanın iradəsinə ziddir.

“El Mundo” yazıb ki, K. Puçdemon vəzifəsini tərk etməkdən imtina edərsə, onu 1 ildən 3 ilə qədər həbs gözləyə bilər.

Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 27-də müstəqilliyini elan edib. İspaniya Senatı isə Konstitusiyanın 155-ci maddəsi əsasında regionda birbaşa idarəçiliyin tətbiqinə qərar verib. Bu qərardan sonra Kataloniya parlamenti və hökuməti buraxılıb. Bu gün İspaniya baş nazirinin müavini Mariya Sorayya Saenz de Santamariya Anton Kataloniyanın müvəqqəti rəhbəri təyin olunub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky