Qərb Xəbərləri

İslamofob Geert Vildersin partiyası məğlub oldu- Hollandiyada

  • News Code : 818096
  • Source : Deyerler “Sputnik”-ə istinadən
Brief

Sorğulara görə parlamentdə 24-28 kürsü qazanması gözlənilən Ruttenin partiyası 31 kürsü, Vildersin partiyası isə 19 kürsü qazanıb. Sol Yaşıllar partiyası isə səslərini 25% artıraraq, 16 kürsü qazanıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hollandiyada keçirilən seçkilərin ilk nəticələrinə görə, ifrat sağçı islamofob Geert Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyası (PVV) istədiyi nəticələri əldə edə bilməyib.

Baş nazir Mark Ruttenin sədrlik etdiyi Liberal partiyası (VVD) səslərinin bir hissəsini itirməsinə baxmayaraq, seçkinin qalibi olub. Sorğulara görə parlamentdə 24-28 kürsü qazanması gözlənilən Ruttenin partiyası 31 kürsü, Vildersin partiyası isə 19 kürsü qazanıb. Sol Yaşıllar partiyası isə səslərini 25% artıraraq, 16 kürsü qazanıb.

Hollandiya seçkiləri son dövrlərdə Avropada getdikcə güc əldə edən irqçi kəsimin digər ölkələrdə vəziyyətinə də təsir edəcəyi və ifrat sağçıların Almaniya və Fransada da bənzər nəticələr əldə edə biləcəkləri haqqında fikirlər səsləndirilirdi.

Niderland seçkilərində əhalinin iştirakının 81% olduğu qeyd olunub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky