Qərb Xəbərləri

İngiltərədə ara qarışdı, etirazçılar barrikadalar qurdular, polisə daş və "Molotov kokteyl"ləri atdılar – Video

  • News Code : 844907
  • Source : ABNA – Xəbər Agentliyi
Daily Mail bildirir ki, iğtişaşların səbəbi 20 yaşlı qaradərili Raşan Çarlzın ölümüdür.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün İngiltərənin paytaxtı Londonda insanlar etiraz aksiyası keçiriblər.

Londonun şərqində yerləşən və hərəkətin gur olduğu Kinqslend-roud küçəsində yüzlərlə maskalı şəxs yolu bağlayıblar. Etirazçılar polisə daş və "Molotov kokteyl"ləri atıblar.

Dünən axşam saatlarında Hakni, Midllton-roud küçələrində də iğtişaşlar olub.

Dalston küçəsində isə barrikadalar quran aksiya iştirakçılarına Kinqslend-roudda, Raşan Çarlzın tutulduğu küçədə yürüş edənlər qoşulublar.

Daily Mail bildirir ki, iğtişaşların səbəbi 20 yaşlı qaradərili Raşan Çarlzın ölümüdür.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky