Avropa Xəbərləri

İngiltərə İİR-ın səfirliyinə hücum edən ünsürləri sərbəst buraxdı, Tehran rəsmiləri etiraz etdi

İngiltərə İİR-ın səfirliyinə hücum edən ünsürləri sərbəst buraxdı, Tehran rəsmiləri etiraz etdi

Qara paltarlı ünsürlər Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin həbsinə etiraz əlaməti olaraq, İran İslam Respublikasının diplmatik korpusunun binasına çıxmış və İİR bayrağını oradan çıxararaq, göy rəng bayraqlarını ora sancmışlar.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dünən 10 martda günün ikinci yarısında İngiltərə rejimi tərəfindən dəstəklənən "Şiraziçilər" adlı bir qrup ektremist İran İslam Respublikasının Londondakı səfirliyinə hücum edib.

Qara paltarlı ünsürlər Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin həbsinə etiraz əlaməti olaraq, İran İslam Respublikasının diplmatik korpusunun binasına çıxmış və İİR bayrağını oradan çıxararaq, göy rəng bayraqlarını ora sancmışlar.

İran səfiri ekstremistlərin həbs edildiyini bildirsədə, sonradan məlum olub ki, saxlanılanlar bir neçə saatdan sonra sərbəst buraxılblar.

İranın baş prokuroru höccətülislam vəlmüslimin Məhəmməd Cəfər Müntəziri şənbə günü axşam İranın ikinci telekanalına verdiyi müsahibədə bildirib: "İranın Londondakı səfirliyinin təhlükəsizliyinin təmin edilməsinə görə İngiltərə polisi məsuliyyət daşıyır. Amma, İran səfirliyinə edilən hücumda London polisi baş verənləri kənardan izləməklə kifayətlənib. "Şirazi firqəsi"nin tərəfdarları kimi təqdim edən bir qrup cümə günü axşam saatlarında İranın Londondakı səfirliyinə hücum ediblər. "Şirazi firqəsi"nə hazırda Sadiq Şirazi adlı şəxs başçılıq edir. "Şirazi firqəsi" sünnilərin müqəddəs bildiklərinə də hörmətsizlik edir.", -deyə bildirib.

Onun sözlərinə görə, "Şirazi firqəsi" illərdir ki, İran və bəzi qonşu ölkələrdə fəaliyyət göstərir. Bu firqə proqramlaşdırılmış formada axmaq hərəkətlər həyata keçirir. Bu da islam məzhəbləri arasında ixtiafa səbəb olub.

"Bu firqənin əsas mərkəzi İngiltərədə yerləşir. Bu firqənin telekanalları və internet portallarının fəaliyyətləri İslam dünyası üçün mənfi təsirlərə malikdir.", -deyə o əlavə edib.

Müntəziri müsəlmanlar arasında təfriqə xarakterli fitnə planlarının dəqiq hesablamalar əsasında davam etdirildiyini bildirərək deyib: "İranın Londondakı səfirliyinə hücumun edilməsi və İran bayrağının aşağı endirilməsi İrana edilən hörmətsizlikdir və Britaniya bu hadisənin qarşısını almağa borclu idi.

Bu kimi hərəkətlər ilə "Şirazi firqəsi"nin Britaniyadan asılı bir firqə olduğu bir daha ortaya çıxıb və Britaniya hökumətinin İran səfirliyinə hücum edənləri sərbəst braxması beynəlxalq qanunlara zidd hərəkətdir."

Ayətullah Xameneinin müşaviri Əli Əkbər Vilayəti isə deyib: "İngiltərə hökməti, İranın Londondakı səfirliyi daxil, bütün iranlı diplomatların təhlükəsizliyini qorumaqda borcludurlar. "İngilis polisi, xarici əlaqəli bir aksiyanı və böyük ehtimalla İngiltərədə bəzi yerlərlə əlaqəsi olan bir neçə hücum edən şəxsin addımlarının qarşısını almaqdan qaçdı. İngiltərə höküməti və polisi, bu ekstremistlərin hücumunun qarşısını ala bilərdi. Bu mövzu ilə əlaqəli İngiltərə höküməti qəti olaraq məsuliyyət daşıyır.", - deyə o bildirib.

İran hökümətinin sözcüsü Məhəmməd Baqir Nobeht də, bu haqda danışıb.

O "İran İslam Respublikası dünən gecə baş verənlərə cavab verəcəkdir", - deyə bildirib.

"Güc strukturları da bu mövzuda hökümətin yanında olmalıdır", - deyən Nobehr, İran səfirliyinə edilmiş hücumun cavabsız qalmayacağını qeyd edib.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Ələddin Burucerdi də məsələyə münasibət bildirib. Onun sözlərinə görə bu hücumu edənlər "Şirazi firqəsi"nin quldurlarıdır.

Burucerdi həmçinin bu hücumun London polisinin izni olmadan reallaşa bilməyəcəyini də önə çəkərək, bu hücuma İngilis güc strukturlarının izin verməsini tənqid edib.

Qeyd edək ki, rəsmi London bu haqda hələ açıqlama verməyib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky