Qərb Xəbərləri

Haaqa İranın ABŞ-a qarşı şikayətini qəbul etdi

Haaqa İranın ABŞ-a qarşı şikayətini qəbul etdi

Röyters bildirib: Beynəlxalq Haaqa Məhkəməsi Amerikaya hökm edib ki, İrana qarşı sanksiyaların İrana humanitar yardımlara təsir göstərməyəcəyi və İranın qeyri-hərbi hava nəqliyyatını təhlükəyə salmayacağına təzminat verməlidir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Beynəlxalq Haaqa Məhkəməsi İranın Amerikaya qarşı şikayətinə baxmaq səlahiyyətinə malik olduğunu qəbul edib.

İRİB-in Əl-Məyadin telekanalına istinadən verdiyi məlumata görə, Haaqa məhkəməsinin hakimləri, Amerikanın, 1955-ci ildə İran ilə imzalanmış iki ölkə arasındakı dostluq müahidəsi və iqtisadi və hüquqi əlaqələr razılaşmasını pozmasına dair İranın şikayətinə baxmaq səlahiyyətinə malik olduğunu elan ediblər.

Röyters bildirib: Beynəlxalq Haaqa Məhkəməsi Amerikaya hökm edib ki, İrana qarşı sanksiyaların İrana humanitar yardımlara təsir göstərməyəcəyi və İranın qeyri-hərbi hava nəqliyyatını təhlükəyə salmayacağına təzminat verməlidir.

Əl-Cəzirə telekanalı bildirir: Beynəlxalq Haaqa Məhkəməsi bildirib: Amerikanın sanksiyaları İranın idxalatına təsir edib və bir çox bankların İranla əməkdaşlıqlarına mane olub.

Haaqa məhkəməsi bildirib: İranın Amerikanın bu ölkəyə qarşı sanksiyaları barədə şikayətinə baxmaq səlahiyyətinə malikdir. Bu sanksiyalar ABŞ prezidenti Donald Trampın nüvə sazişindən bir tərəfli qaydada çıxmasından sonra İrana qarşı tətbiq edildi.

Haaqa məhkəməsi bildirib: Amerikanın son hərəkətləri İranın 1955-ci ildə imzalanmış dostluq müahidəsi əsasında malik olduğu bəzi hüquqlarına mənfi təsir edib. Haaqa məhkəməsi bildirib: İran dərman, eləcə də səhiyyə xidmətləri və hava nəqliyyatının təhlükəsizliyi ilə əlaqədar bütün təchizatları idxal etmək hüququna malikdir.

Haaqa məhkəməsi İranın ilkin ehtiyaclar, təhlükəsizlik və hava nəqliyyatının təhlükəsizliyi sahəsindəki bəzi hüquqlarını tələb etməsinin məntiqli olduğunu bildirib.

Haaqa Məhkəməsi bildirib: ABŞ sanksiyaları İrana idxalata təsir buraxıb və bir çox bankların İranla əlaqələrinə mane olur. Belə qənaətdəyik ki, İrana dərman və ilkin ehtiyacların idxalatına qadağa iranlıların həyatına geniş miqyasda mənfi təsir buraxacaqdır.

Hesab edirik ki, Amerikanın İrana qarşı sanksiyaların İran xalqına qarşı mənfi təsirlərinin aradan qaldırılmasına dair təzminatları kafi deyil. Haaqa Məhkəməsi bildirib ki, məhkəmə öz səlahiyyətləri daxilində İranın hüquqlarını himayə istiqamətində tədbirlər həyata keçirə bilər. Haaqa Məhkəməsi həmçinin bildirib ki, İran ilə Amerika arasında çaxnaşmanın artmasının qarşısının alınması zəruridir. Amerika İrana ərzaq malları və əsas ehtiyac mallarının ixracatına mane olmamalıdır.

FransPressin Haaqadan verdiyi məlumata görə, Beynəlxalq Haaqa Məhkəməsi bu gün bildirib ki, Amerika İrana qarşı sanksiyaların humanitar məqsəd güdən mallarla əlaqədar olan hissəsinə son qoymalıdır.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky