Avropa Xəbərləri

Gürcüstanda Hz. Fatiməyi Zəhranın Milad Bayramı münasibəti ilə silsiləvari tədbirlər keçirilir - Foto

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və din müəllimələri Cənnət xanımı “Hz. Zəhranən (s.ə) simasında İslamda ailə mədəniyyəti” və “nümunəvi qadın” mövzularında ətraflı məlumatlar verdilər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Gürcüstanda bu günlərdə həzrət Peyğəmbərimizin (səlləllahu əleyhi və alih) Əziz Qızı, İmamət Anası, Xanımlar Xanımı Fatimeyi Zəhranın (səlamullahi əleyha) mübarək mövludu münasibəti ilə müxtəlif şəhər, rayon və kəndlərində mərasimlər keçirilməsi nəzərdə tutulub.

İlk tədbir Marneuli rayonunun Alget kəndində yerləşən “Mahmudoğlu” şadlıq sarayında BGMİnin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə mərasim şəkilində keçirildi.

Xanımların iştirak etdiyi mərasimdə Qurani-Kərimin tilavətindən sonra Hz. Zəhranın (s.ə) həyatından, fəzilət və məqamından söhbətlər edildi. Çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və din müəllimələri Cənnət xanımı “Hz. Zəhranən (s.ə) simasında İslamda ailə mədəniyyəti” və “nümunəvi qadın” mövzularında ətraflı məlumatlar verdilər.

Bayram süfrəsi ətrafında təşkil olunan mərasimdə məddah Səid Həsən ilahilər oxudu və şeirlər söylədi.

Sonda xanımlar arasında yarış təşkil olunub, qaliblərinə və Fatimə və Zəhra adlarını daşıyıcılarına hədiyyələr təqdim olundu. Mərasim dua oxumaqla sona çatdı. Qonaqlara jurnal, təqvim və posterlər paylandı.

Gürcüstan Müsəlmanları İdarəsi Xanım Zəhranın (s.ə) əziz xatirəsini yad etmək məqsədilə keçirilən mərasimlərə zəhməti keçən hər kəsə və şadlıq sarayının sahibinə dərin minnətdarlığını bildirir, mehriban Allahdan mükafat diləyir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky