Qərb Xəbərləri

Eliza sarayının başağrısı: Suriyada yaxalanan fransalı qadın terrorçular

Eliza sarayının başağrısı: Suriyada yaxalanan fransalı qadın terrorçular

22 yaşlı digər bir fransalı qadın terrorçu fransalı vəkili vasitəsilə Elysee sarayına məktub yazaraq ölkə prezidentindən tələb edib ki, onu və Suriyada dünyaya gətirdiyi 2 yaş 10 aylıq uşağı ilə birgə Fransaya qaytazdırıb orada mühakimə etsinlər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, son zamanlar Suriya və İraqda xeyli sayda fransalı terrorçunun ələ keçirilməsi məsələsi Fransaya başağrı olub.

Cari ilin Yanvar ayının ilk günlərində Fransa vətəndaşlarından olan 40 terrorçunun 20 azyaşlı uşaqlar ilə yaxalanıb. Bunlardan yarasını qadınlar təşkil edir. Onların arasında daha çox gözə çarpan qadınların İŞİD qruplaşmasına cəzb edilməsində böyük rol oynayan Emili Kunig adlı cavan qadındır. O, Fransaya qayıdaraq orada mühakimə olunmasını tələb edib.

Həmçinin 22 yaşlı digər bir fransalı qadın terrorçu fransalı vəkili vasitəsilə Elysee sarayına məktub yazaraq ölkə prezidentindən tələb edib ki, onu və Suriyada dünyaya gətirdiyi 2 yaş 10 aylıq uşağı ilə birgə Fransaya qaytazdırıb orada mühakimə etsinlər.

Elysee sarayının cavabı isə mənfi olub:

“Fransa dövlətinin Suriya torpaqlarında ələ keçirilən fransalı cihadçılar barəsində tutduğu siyasət aydındır. Yerli orqanlar onları mühakimə etmək səlahiyyətindədirlər. Yerli orqanlar belə bir cinayəkar şəxslər barədə törətdikləri cinayətlərə görə mütləq lazımı addımları atmalıdırlar”- deyə Fransa prezidenti Emanuel Makronun ofisinin sədri fransalı cihadçı qadının vəkilinə yazılı şəkildə belə cavab verib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky