Türkiyə Xəbərləri

CHP rəsmisi Suriyaya görə hökumətə xəbərdarlıq etdi

CHP rəsmisi Suriyaya görə hökumətə xəbərdarlıq etdi

Öztürk Yılmaz: "Əgər Suriya ordusu Afrina girsə Türkiyə burada PYD ilə yox, Suriya ordusu ilə qarşı-qarşıya qalacaq"

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyənin ana müxalifət partiyası olan CHP-nin sədr müavini və sabiq Mosul baş konsulu Öztürk Yılmaz Afrində baş verənlər ilə bağlı açıqlama verib.

O, açıqlaması zamanı "Əgər Suriya ordusu Afrina girsə Türkiyə burada PYD ilə yox, Suriya ordusu ilə qarşı-qarşıya qalacaq", deyə qeyd edib.

“Bu zaman Türkiyənin bu əməliyyat barəsində bəhanəsi nə olacaq bizim üçün çox maraqlıdır. Bu addım artıq Suriyanın suverenliyinə təcavüz olaraq şərh olunarsa biz buna etiraz edə bilməyəcəyik”, deyə Öztürk Yılmaz diqqətə çatdırıb.

CHP rəsmisi qeyd edib ki, Türkiyə ordusu təcavüzkar vəziyyətinə salınmamalıdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky