Qərb Xəbərləri

Britaniyada "Müsəlmanların cəzalandırma günü" elan etdilər – Foto

Britaniyada

10 xal - Bir müsəlmanı sözlə cəzalandırmaq, 25 xal - Müsəlman qadının hicabını açmaq, 50 xal - Bir müsəlmanın üzünə sirkə turşusu atmaq...

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İngiltərənin bir çox yerində insanlara məktublar göndərilib. Bu məktub, 3 Aprel tarixini "Müsəlman cəzalandırma günü" elan edən bəyanat məzmunundadır.

Məktubda "Səni incitdilər, sevdiklərinə əzab verdilər. Sizin narahatçılıq və ürək sızısına səbəb oldular. Bu mövzuda nə edəcəksən?"- deyə yazılan mətnin altında, tövsiyyə və edilən addımara verilən xallar yazılıb.

Xalvermə sistemi isə bu cürdür:

10 xal - Bir müsəlmanı sözlə cəzalandırmaq

25 xal - Müsəlman qadının hicabını açmaq

50 xal - Bir müsəlmanın üzünə sirkə turşusu atmaq

100 xal - Bir müsəlmanı əzişdirmək

250 xal - Bir müsəlmanın dərisinə elektrik verərək işkəncə vermək

500 xal - Bir müsəlmanı silah, bıçaq, maşın və ya başqa bir yolla qətlə yetirmək

1000 xal - Bir məscidi yandırmaq və ya bombalamaq

2500 xal - Məkkəyə atom bombası atmaq

İngilis polisi isə, araşdırma apararaq məktubun kimlər tərəfindən hazırlandığıyla bağlı araşdırmalara başladıldığını açıqlasada, hələ ki, bu məsələ ilə bağlı həbs olunan olmayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky