Qərb və İslam

Belçika İslam Partiyası: Qadınlar və kişilər ayrı-ayrı avtobuslarda getsinlər

Belçika İslam Partiyası: Qadınlar və kişilər ayrı-ayrı avtobuslarda getsinlər

Partiya Anderlext və digər bölgələrdə hakimiyyətə gələcəkləri təqdirdə, müsəlman qadınların baş örtüyü ilə bağlı qadağaları ləğv etmək niyyətindədir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bekçikada payızda keçiriləcək bələdiyyə seçkilərində “İslam” partiyası mübarizə aparacaq.

Partiya Qərbin təməl demokratiya prinsipləri çərçivəsində ölkədə şəriət qanunlarının tətbiqini dəstəkləyir.

Partiya Anderlext və digər bölgələrdə hakimiyyətə gələcəkləri təqdirdə, müsəlman qadınların baş örtüyü ilə bağlı qadağaları ləğv etmək niyyətindədir.

Seçki platformasında həmçinin ictimai nəqliyyatda cinsi seqreqasiya, yəni kişilərin qadınlardan ayırılması təklif olunur.

“Bu layihə ailə tərbiyəsi görməyən, savadsız və belə dəyək, yaramaz insanlar tərəfindən cinsi zorakılığa məruz qalan qadınların xahişi ilə hazırlanıb. Belə bir təcrübə Yaponiyada çox uğurlu şəkildə gerçəkləşir. Orada “qaynar saatlarda” xüsusi olaraq qadınlar üçün vaqonlar ayrılır.”, - deyə “İslam” partiyasının sədri Abdülhay Baqqali Tahiri bildirib.

Anderlextin şəhər şurasında hazırda “İslam” partiyasınının iki üzvü təmsil olunur. Qarşıdakı seçkilərdə partiya 18 namizədlə mübarizə aparmaq niyyətindədir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky