Qərb Xəbərləri

Avropa verdi zadnıya, rəsmi Paris: “Qərb B.Əsədlə danışmağa məcburdur”

Avropa verdi zadnıya, rəsmi Paris: “Qərb B.Əsədlə danışmağa məcburdur”

Emmanuel Makron: “Bəşər Əsəd hakimiyyətdə qalmağa davam edəcək, çünki müharibə meydanında qələbəyə nail olan İran və ya Rusiya fərq etmədən onu güclü şəkildə müdafiə edir”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası, Rusiya, Suriya və Müqavimət Qüvvələrinin əzmi ilə “işid” təkfirçilərinin darmadağın edilib üzərilərində son qələbəyə nail olmasına baxmayaraq Fransa prezidenti Emmanuel Makron, ABŞ və sionist qüvvələrinin təsis etdikəri qondarma “İŞİD” adlı terrora qarşı aparılan mübarizənin gələn ilin fevral ayının sonuna qədər qələbə ilə başa çatacağını bildirib.

Makron Suriyada əsas düşmənin Bəşşar Əsəd yox, “işid” olduğunu açıqlayıb.

Xəbərə görə, Fransanın bir televiziya kanalına açıqlama verən Makron, beynəlxalq cəmiyyətin İŞİD-in Suriyada tamamilə məhv edilməsindən sonra B.Əsəd ilə danışmağa məcbur olduğunu bildirib.

O, Qərbin də B.Əsəd və ya nümayəndələri ilə danışmamaq qərarını qəbul etməyəcəyini söyləyərək deyib: “Bəşər Əsəd hakimiyyətdə qalmağa davam edəcək, çünki müharibə meydanında qələbəyə nail olan İran və ya Rusiya fərq etmədən onu güclü şəkildə müdafiə edir”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky