İqtisadi Əlaqələr

Avrasiya İqtisadi Birliyi: İİR-la iqtisadi əlaqələr qurmaqda heç bir məhdudiyyətimiz yoxdur

  • News Code : 847785
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Avrasiya İqtisadi Birliyinin İqtisadi Komissiyasının sədri Tegran Serkisiyan: “Avrasiya İqtisadi Birliyi İran İslam Respublikası ilə iqtisadi əlaqələrin qurub daha da genişləndirməsində heç bir problem görmür. Biz bu əlaqələri siyasi məsələlərə qatılmadan həyat keçirəcəyik.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avrasiya İqtisadi Birliyinin İqtisadi Komissiyasının sədri Tegran Serkisiyan İran İslam Respublikası ilə Avrasiya İqtisadi Birliyi arasındakı iqtisadi əlaqələri olduqca mühüm adlandıraraq bildirib: “İİR nüvə enerjisi danışıqlarında imzaladığı müqavilədən sonra iqtisadi əlaqələrin qurulub daha da artırılmasında böyük addımlar atıb.”

O, deyib: “Avrasiya İqtisadi Birliyi İran İslam Respublikası ilə iqtisadi əlaqələrin qurub daha da genişləndirməsində heç bir problem görmür. Biz bu əlaqələri siyasi məsələlərə qatılmadan həyat keçirəcəyik.”

Avrasiya İqtisadi Birliyinin İqtisadi Komissiyasının sədri xatırladıb ki, Avrasiya İqtisadi Birliyi iqtisadi məsələlərə xeyli önəm verir. Və buna görə də, bütün ölkələrlə ticari əlaqələrin genişlənidirilməsində olduqca maraqlıdır.

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi iqtisadi bir qurumdur. Bu quruma qərbin şimal şərq ölkələri daxildir. Bu qurum Rusiya Federasiyasının təşəbbüsü ilə irəli sürülüb. Hazırda qurumun İqtisadi Komissiyasının sədri Tegran Serkisiyandır. O, Ermənistanın ABŞ-dakı sabiq səfiri olub. Həmçinin keçmişdə Ermənistanın baş naziri vəzifəsində də çalışıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky