Salam Olsun Vəhdəti Qoruyan Qardaşlara

Alparslan Kuytul və tərəfdarlarının həbsdən sonrakı ilk görüntləri – Foto

Alparslan Kuytul və tərəfdarlarının həbsdən sonrakı ilk görüntləri – Foto

AKP rejiminin məhkəməsi bütün təşkilat üzvləri haqqında həbs-qətiimkan tədbiri seçilməsi haqqında qərar verib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bir neçə gün öncə həbs olunmuş Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarlarının ilk fotoları yayılıb.

İslamazeri Türkiyə mediasına istinadən bildirib ki, polis nəzarətində saxlanılan Alparslan Kuytul və tərəfdarları məhkəmə önünə çıxarılıblar.

Məlumata görə, AKP rejiminin Adana prokuroru qondarma "vəqf, icma fəaliyyəti adı altında təsis etmə hədəflərinə zidd, Konstutusiyaya qarşı fikir və hərəkət birliyi içində addım ataraq ictimai təhlükəsizliyə qarşı fəaliyyət etmək və cinayətkar qruplaşma" ittihamı ilə Alparslan Kuytul və tərəfdarlarını qurama məhkəmə önünə çıxarıb.

AKP rejiminin məhkəməsi bütün təşkilat üzvləri haqqında həbs-qətiimkan tədbiri seçilməsi haqqında qərar verib.

Qeyd edək ki, Adana polisi həbs olunanların qollarına qandal taxmaması da diqqətə səbəb olub.

Alparslan Kuytul kimdir?

Alparslan Kuytul 1965-ci ildə Adanada, Karataş rayonunda dünyaya gəlib. İbtidai təhsilini, həmçinin orta məktəbi orada oxuyub.

1991-ci ildə Çukurova Universitetinin Memarlıq-Mühəndislik fəkultəsinin İnşaat mühəndisliyi bölümündən məzun olub. 1993-1997-ci illlər arasında Misirin "Əl Əzhər" universitetinin Şəriət fəkultəsinin İslam Hüququ ixtisasında oxuyub. Əl Əzhər Universitetini 1997-ci ildə bitirib ölkəsinə dönüb. "Əl Əzhər"də oxuduğu zaman "Furqan" təşkilatını yaradır. Hazırda o hərəkatın mənəvi lideridir.

"Furqan Təhsil və Xidmət Vəqfi" Türkiyədə bir ildə 200 mindən çox insanın iştirak etdiyi 100-dən çox konfrans və tədbir təşkil etmişdir. İnternet üzərindən sosial şəbəkə və saytlar vasitəsilə videomüraciət və təfsir dərsləri xüsusilə Adanadakı tərəfdarlarının diqqətini çəkməkdədir. "Furqan Nəsli Jurnalı"nın baş yazarıdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky