Qərb Xəbərləri

4400-dən çox azərbaycanlı Almaniya vətəndaşlığı alıb

4400-dən çox azərbaycanlı Almaniya vətəndaşlığı alıb

Məlumata görə, Almaniya vətəndaşlığı alan şəxslərin 2244 nəfəri (50,9%-i) qadın, 2162 nəfəri (49,1%-i) isə kişidir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, “Report”un sorğusuna cavab olaraq Almaniyanın Federal Statistika İdarəsindən bildiriblər: “1992-2016-cı illərdə 4406 Azərbaycan vətəndaşı Almaniya vətəndaşlığı alıb.”

Azərbaycan vətəndaşlarına Almaniya vətəndaşlığı verilməsi ilə bağlı ən yüksək göstərici 2006-cı ildə qeyd alınıb. Həmin il 398 azərbaycanlı Almaniya pasportu alıb. Bu sahədə ən aşağı göstərici isə 1996-cı ilin payına düşür. Belə ki, qeyd edilən il cəmi 2 nəfər Azərbaycan vətəndaşı Almaniya pasportu əldə edib.

Məlumata görə, Almaniya vətəndaşlığı alan şəxslərin 2244 nəfəri (50,9%-i) qadın, 2162 nəfəri (49,1%-i) isə kişidir.

Federal Statistika İdarəsinin məlumatına görə, 1996-cı ildə Azərbaycan vətəndaşı olan qadınlardan Almaniya vətəndaşlığı alan olmayıb. Bu cəhətdən ən yüksək göstərici isə 2006-cı ildə qeydə alınıb. Qeyd edilən dövrdə 186 azərbaycanlı qadın bu ölkənin pasportunu əldə edib.

Kişilərlə bağlı ən aşağı göstərici 1994-cü ildə, ən yüksək nəticə isə 2006-cı ildə qeydə alınıb. Belə ki, həmin illərdə müvafiq olaraq 1 və 212 azərbaycanlı kişi Almaniya vətəndaşlığı alıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky